Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-24/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Tələbkar X1 iştirakı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1603/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1603/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, X3 43.700 (qırx üç min yeddi yüz) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(051)-1603/2022 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin hissə-hissə ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ondan 43.700 manat məbləğində pulun alınıb cavabdehə verilməsi qət edilmişdir. Qətnamə üzrə müəyyən olunmuş borcu birdəfəyə ödəmək iqtidarında deyildir. Belə ki, hazırda işləmədiyi və maddi cəhətdən sıxıntı çəkdiyi üçün icra sənədini tam şəkildə icra edə bilmir. Həmçinin aliment borcuda vardır. Qətnamə üzrə borcu ödəməkdən boyun qaçırmır, lakin hər ay 400 manat ödəmək imkanına malikdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclunun sözügedən məhkəmə qətnaməsini hissə-hissə ödəmək niyyəti olsaydı, hazırkı vaxta qədər ayda borcunun yarısından çoxunu ödəmiş olardı, lakin borclu hər dəfə eyni bəhanələrlə ödəniş etməkdən yayınır. Hesab edir ki, borclunun irəli sürdüyü təklif də işi uzatmaqdan başqa bir nəticə verməyəcəkdir. Eləcə də borclunun təklif etdiyi məbləğ işinhəqiqi hallarına uyğun deyildir. Həmin məbləğ onun qətnamənin icrasız qalması deməkdir. Odur ki ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, 43700 manat məbləğində pulun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1603/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-24/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-24/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver