Məhkəmə qərarları › İş №8(051)-241/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-241/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-241/2025 02.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu “əmlak üzərindən həbsin götürülməsi barədə” ərizəsinə məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya Şöbəsi Borclu “Əmlak üzərindən həbsin götürülməsi barədə” təqdimat ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-125/2023 saylı qərardadı üzrə “FORD TRANSİT YÜK” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-178/2020 saylı qətnaməsinə əsasən, Borclu 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 240 manat alimentin tutularaq Tələbkar verilməsi nəzərdə tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-178/2020 sayı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə “FORD TRANSİT YÜK” markalı 19- BF- 603 dövlət qeydiyyat nişanı avtomobilin üzərinə həbs qoyulmuşdur. O, borcunu tam ödəmişdir. Odur ki, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus “FORD TRANSİT YÜK” markalı 19- BF-603 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı təqdimata uyğun izahat verərk onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə təqdimatıi və təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-125/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Borclu məxsus “FORD TRANSİT YÜK” markalı 19- BF-603 qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-178/2020 saylı qətnaməsinə əsasən, Borclu 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 240 manat alimentin tutularaq Tələbkar verilməsi nəzərdə tutulmuşdur. İşdə olan icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-178/2020 saylı icra sənədinə xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, qətnamənin icrasını təmin etmək məqsədilə Borclu məxsus “FORD TRANSİT YÜK” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-178/2020 saylı qərardadı ləğv edilsin. Borclu məxsus “FORD TRANSİT YÜK” markalı 19- BF-603 qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülsün. Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar