Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-25/2022 18.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, X1 Mingəçevir şəhər məhkəməsinin 2(051)-2231/2019 №li 14.11.2019-cu il tarixli icra sənədinin icrasına möhlət verilməsi barədə ərizəsinə baxaraq Müəyyən etdim : İddiaçı X2 azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhər 20 Yanvar küçəsi 9 “A” №li evin 30 №li mənzilinə köçürülmələri tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(051)-2231/2019 №li 14.11.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İş üzrə borclu Şəfiyeva Şəhla Sabir qızı icra sənədinin icrasına 4 ay möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizə borclu Ş.Şəfiyeva tərəfindən deyil, nümayəndə kimi Muraz Abdullayev tərəfindən imzalanmışdır. Ancaq Ş.Şəfiyevanın adından məhkəməyə göndərilmiş ərizənin imzalanmasına dair Muraz Abdullayevə səlahiyyət verən sənəd (etibarnamə) ərizəyə əlavə edilməmişdir. Ərizəyə əlavə olunmuş X5 tərəfindən X3 verilmiş 27.12.2021-ci il tarixli etibarnamənin təsdiq olunmamış kserosurətində isə Ş.Şəfiyevanın adından məhkəməyə verilən ərizənin M.Abdullayev tərəfindən imzalanması səlahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onun imzalanmağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim ərizəni geri qaytarır. Göstərilənlərə əsasən X1 adından göndərilmiş ərizə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268–ci maddələrini rəhbər tutub Qərara aldım : Mingəçevir şəhər məhkəməsinin 2(051)-2231/2019 №li 14.11.2019-cu il tarixli icra sənədinin icrasına möhlət verilməsi barədə X4 adından göndərilmiş ərizə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №8(051)-25/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-25/2022
18.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver