Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-250/2025 10.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-597/2022 qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-597/2022 saylı qətnaməsinə əsasən, iddiaçılar X5 və X7 xx.xx.2017-ci il tarixdə doğulmuş Şəbnəm adlı nəvələri ilə ünsiyyətdə olma hüquqları ayın hər həftəsinin bazar günləri saat 10:00-dan 13:00-dək uşaq onlara verilməklə müəyyən edilməsi, iddiaçılar X5 və X7 xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmmədxəlil adlı nəvələri ilə ünsiyyətdə olma hüquqları hər ayın birinci həftəsinin bazar günü saat 10:00–dan 13:00–dək uşağın anası, cavabdeh Borclu iştirakı ilə müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-597/2022 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi, onun nəvələri X9 və X4 ilə ünsiyyət hüququ müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək yaşadığım ünvanda onun yanında qalmasının təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Borclu tərəfindən iddiaçı X8, bazar günü saat 18:00-da isə eyni ünvanda iddiaçı X10 tərəfindən cavabdeh Borclu təhvil verilməsinin müəyyən barədə qərardad qəbul edilməsini xahiş məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-597/2022 saylı qətnaməsi ilə onunla nəvələri X9 və X4 ilə hər ayın birinci həftəsinin bazar günü saat 10:00-dan 13:00-a dək onlara verilməsi qət edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixdə müəyyən edilmiş görüş vaxtının artırılmasına zərurəti yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında bu açıq aşkar öz əksini tapmışdır. İlk öncə onu qeyd edim ki, xx.xx.2022-ci il tarixdən bugünədək xeyli vaxt keçmişdir, nəvələrim böyümüş, məktəbli olmuşdur. Məktəbli uşaqlarla görüş, ünsiyyətdə olmaq qanunvericiliyə əsasən həftə sonu, bayram və rüb tətillərinin hissəli günləri müəyyən edilmişdir. Belə olan halda hesab edirəm ki, məhkəmə qətnaməsinin icra üsulu dəyişdirilməlidir. Məhkəmə iclası zamanı X10 ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya məlumat verilməsinə baxmayaraq Məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə borclunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəni araşdırıb hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-597/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X5 və X7 xx.xx.2017-ci il tarixdə doğulmuş Şəbnəm adlı nəvələri ilə ünsiyyətdə olma hüquqları ayın hər həftəsinin bazar günləri saat 10:00dan 13:00-dək uşaq onlara verilməklə müəyyən edilməsi, iddiaçılar X5 və X7 xx.xx.2021– ci il tarixdə doğulmuş Məhəmmmədxəlil adlı nəvələri ilə ünsiyyətdə olma hüquqları hər ayın birinci həftəsinin bazar günü saat 10:00–dan 13:00–dək uşağın anası, cavabdeh Borclu iştirakı ilə müəyyən edilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının “3.1-ci maddəsinə əsasən məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Həmin Qərarın 12.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Odur ki, məhkəmə ərizəçinin izahatını, uşaqların yaşayış şəraitini, yaşını, istirahət vaxtını, xüsusən uşaqların mənafelərini, o cümlədən onların (xx.xx.2017-ci il tarixdə doğulmuş Şəbnəm və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmmədxəlil) azyaşlı olmalarını nəzərə alaraq hesab edir ki, X2 xx.xx.2017-ci il tarixdə doğulmuş Şəbnəm və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmmədxəlil adlı nəvələri ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-a qədər ünsiyyət hüququ müəyyən edilməlidir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 1 ünvanında yerləşən mənzilində hər həftənin şənbə günü saat 10:00-da Borclu tərəfindən ərizəçi X8, həmin gün saat 17:00-da isə eyni ünvanda ərizəçi X10 tərəfindən uşaqlar iş üzrə Borclu təhvil verilməlidir. Ərizə qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, hazırkı dövrdə, uşaqlar azyaşlı olduğundan, ana qayğısına daha çox ehtiyacının olması kimi halları, habelə uşağın daha üstün mənafeləri nəzərə alınmaqla uşaqların gecə də daxil olmaqla ünsiyyət hüququnun müəyyən olunması məqsədə müvafiq deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. X2 xx.xx.2017-ci il tarixdə doğulmuş Şəbnəm və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmmədxəlil adlı nəvələri ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 10:00-da Borclu tərəfindən ərizəçi X8, həmin gün saat 17:00-da isə eyni ünvanda ərizəçi X10 tərəfindən Borclu təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-250/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-250/2025
10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver