Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-26/2022 17.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-944/2021 saylı 28 iyul 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-944/2021 saylı 28 iyul 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 944/2021 saylı 28 iyul 2021-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Tələbkar 11.05.2011-ci il təvəllüdlü X2 və 11.07.2016-cı il təvəllüdlü X2 ilə həftənin hər şənbə və bazar günləri saat 12:00-dan saat 17:00-dək ünsiyyətdə olması müəyyən edilməlidir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və çoxsaylı xəbərdarlıq olunmasına baxmayaraq, borclu tələbin icrasını təmin etməmiş və bu barədə heç bir üzrlü səbəb bildirmədən şöbəyə gəlməkdən boyun qaçırmışdır. Ona görə də, borclunun Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-944/2021 saylı 28 iyul 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Tələbkar 11.05.2011-ci il təvəllüdlü X2 və 11.07.2016-cı il təvəllüdlü X2 ilə həftənin hər şənbə və bazar günləri saat 12:00-dan saat 17:00-dək ünsiyyətdə olması müəyyən edilməlidir. Təqdimata əlavə olunmuş 15 sentyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Babayev Orxan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-944/2021 saylı 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş 15 sentyabr 2021-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya tələbin dərhal icrası barədə bildiriş göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun icra sənədinin icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Borclu icra sənədinin icrasının təmin edilməsi məqsədilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM–in 159-160, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-26/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-26/2022
17.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver