Məhkəmə qərarları › İş №8(051)-269/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-269/2025

24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-269/2025 24.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştrakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2077/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli icra işləri üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən boclu Borclu 1291.08 manat kredit borcu və 33.32 manat dövlət rüsumu məbləğində pul alınıb iddiaçı Unibank KB ASC–yə verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-702/2024 saylı,xx.xx.2024-cü il tarixli saylı qətnaməsinə əsasən, boclu Borclu 9523.45 manat kredit borcu və 119.60 manat dövlət rüsumu məbləğində pul alınıb iddiaçı Unibank KB ASC–yə verilməsi qət edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Sənan Hacıməmmədov təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 2077/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinin icrasını təmin etmək məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1291.08 manat kredit borcu və 33.32 manat dövlət rüsumu və 2(051)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 9523.45 manat kredit borcu və 119.60 manat dövlət rüsumu məbləğində pul Borclu alınıb iddiaçı Unibank KB ASC–yə verilməsi qət edilmişdir. Borclu (X4) oğluna icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu hazırki vaxta kimi heç bir ödəniş etməmişdir. Ona görə də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Borclu xx.xx.2025-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Gəlməməsi barədə əvvəlcədən məlumat verməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Sənan Hacıməmmədov məhkəmə iclasında təqdimata uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Təqdimata əlavə olunmuş 2(051)-2077/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)- 702/2024 saylı icra sənədinin surətindən görünür ki 1291.08 manat kredit borcu və 33.32 manat dövlət rüsumu və 2(051)-702/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu 9523.45 manat kredit borcu və 119.60 manat dövlət rüsumu alınıb iddiaçı Unibank KB ASC–yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şəhər Məhkəməsinin (051)-2077/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnamələrinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş bildirişin sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu tələbin könüllü icrası haqqında məlumat göndərilmişdir. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatından görünür ki, borcluya icra sənədi könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirləri həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru təqdimata borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də, Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmişdir. Həmçinin, Borclu izahatı alınmış və o, borcu ödəyə bilməməsinə səbəb kimi işsiz olmasını göstərmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət etməklə onu icra sənədini icra etməməsindən çəkindirə bilər. İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2077/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(051)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı icra sənədləri icra olunanadək, xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Şəmkir rayonu Yeni Həyat qəsəbəsində qeydiyyatda olan,ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar