Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-27/2022 25.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Borclu məcburi gətirilməsi və giriş qapısının kilidinin sındırılaraq açılması barədə icra məmurunun təqdimatına baxaraq Müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4 Borclu İcra və Probasiya şöbəsinə məcburi gətirməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2231/2019 saylı 14.11.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X1 uşaqları 08.12.32014-cü il təvəllüdlü İlahə və 20.09.2017-ci il təvəllüdlü Araz adlı uşaqlarla birlikdə Mingəçevir şəhəri 20 yanvar küçəsi 9 A evin 30 mənzilinə köçürülməlidir. Borclu Borclu icra sənədinin icrası üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq tələbi icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir şəhər İcra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də Borclu ünvan 1 ünvana tələbkarın köçürülməsini təmin etmək məqsədilə Mingəçevir şəhər icra və probasiya şöbəsinə məcburi gətirilməsi və həmin ünvanın giriş qapısının kilidinin sındırılaraq açılması üçün qərar verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışına gəlməkdən və ya hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Lakin təqdimata Borclu icra şöbəsinə dəvət olunması barədə bildiriş göndərilməsi, bildirişin borcluya çatmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Goranboy rayonu Alpout kəndində yaşayan borclu Şəfiyeva Şəhla Sabir qızının Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 A №li evin 30 №li mənzilinə tələbkarın köçürülməsi təmin etmək məqsədilə ilə məcburi gətirilməsi və həmin ünvanın giriş qapısının kilidinin sındırılaraq açılması barədə təqdimat təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №8(051)-27/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-27/2022
25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver