Məhkəmə qərarları › İş №8(051)-28/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-28/2022

04.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-28/2022 04.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2, tələbkar Borclu və borclu Tələbkar iştirakı ilə, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1084/2019 №-li 03 may 2018-ci il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə ərizəsinə əsasən ictraata xitam verilməsi məsələsinə baxaraq Müəyyən etdi : Mingəçevir şəhər məhkəməsinin 2(051)-1084/2018 №-li 03 may 2018-ci il tarixli icra sənədinə əsasən Tələbkar 13 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat məbləğində aliment tutulub tələbkar Mehdiyeva Rəvanə Sərdar qızına verilməlidir. Tələbkar Borclu Mingəçevir şəhər icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Tələbkar uşağa görüşdən imtina etdiyi halda o da borcludan aliment borcundan və aylıq aliment pulunun ödənilməsindən imtina edəcəyini bildirərək, aliment tələbindən imtinanın qəbul edilməsi üçün ərizənin məhkəməyə verilməsini xahiş etmişdir. Tələbkar Mehdiyeva Rəvanə Sərdar qızı məhkəmə iclasında eyni məzmunda izahat verərək qeyd etdiyi şərtlə alimentdən imtina barədə ərizəni nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Borclu Tələbkar Hüseun oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, uşağ ilə görüşməkdən imtina edə bilməz, uşağı ilə ünsiyyətdə olmaq, onun təlim-tərbiyəsi ilə məşğul olmaq istəyir, eləcə də alimenti ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, tələbkar Borclu ərizəsi təmin olunmamalıdır. Belə ki, tələbkar borclunun uşaqla görüşündən imtina etdiyi halda aliment borcundan və aliment tələbindən imtina etdiyini bildirmişdir. Borclu da uşaqla ünsiyyətdə olmaq, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaq istədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkar Borclu Mingəçevir şəhər icra və probasiya şöbəsinə yazmış olduğu ərizə əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Tələbkar Borclu alimentdən imtina barədə Mingəçevir şəhər icra və probasiya şöbəsinə yaşmış olduğu ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar