Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-289/2025 08.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Borclu iştirakı ilə, X2 alimentin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Ərizəçi X1 Şəhər məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-990/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşağın saxlanması üçün Borclu X5 xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-990/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Borclu tutulan alimentin məbləği artırılaraq xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat müəyyən edilməsi və hər ay tutularaq X6 verilməsi qət edilmişdir. Həmin il üzrə minimum əmək haqqı 250 manat olmuşdur. Ona görə də məhkəmədən aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. X7 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, onun iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, məhkəmə qərarına əsasən hər ay 120 manat məbləğində tələbkar X6 aliment ödəyir. Ərizəçinin hal-hazırki tələbi aliment məbləğinin artmasına səbəb olacağını və onun maddi vəziyyətini ağırlaşdıracağını qeyd edərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşağın anası X7, atası Borcludur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-990/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə alimentin indeksasiyasına dair ərizəni, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-990/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, Borclu xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 110.1–ci maddəsi alimentin indeksasiyasını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməsi ilə bağladığından, hazırkı tələb üzrə alimentin indeksasiyası üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, uşaq iddiaçının yanında yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. 2020-ci il üzrə minimum əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əmək haqqının məbləğinin artması alimentin indeksasiyası üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, alimentin indeksasiyası üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü maddəsinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X9 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qüvvədə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-990/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının 2020-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının təxminən 0,48 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, bir uşaq, xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası MPM–in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü Ümid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-990/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb tələbkar X6 verilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən:. Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(051)-289/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-289/2025
08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver