Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-29/2022 04.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X5, tələbkar Borclu və borclu X1 iştirakı ilə, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1083/2019 №-li 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə ərizəsinə əsasən ictraata xitam verilməsi məsələsinə baxaraq Müəyyən etdi : Mingəçevir şəhər məhkəməsinin 2(051)-1083/2019 №-li 15 avqust 2019-cu il tarixli icra sənədinə əsasən Mehdiyev Samil Hüseyn oğlunun hər həftənin şənbə və bazar günləri saat 11:00-dən 15:00-dək uşağı 13 sentyabr 2016-cı il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilmişdir. Tələbkar Samil Mehdiyev icra və probasiya şöbəsinə ərizə verərək borclu Rəvanə Mehdiyeva onun aliment borcundan və ona qarşı aliment tələbindən imtina etdiyi təqdirdə uşaq tələbindən, uşaqla görüş tələbindən imtina etdiyini bildirərək, tələbindən imtinanın qəbul edilməsi üçün ərizənin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Tələbkar Borclu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, uşağı ilə görüşməkdən imtina edə bilməz, uşağı ilə ünsiyyətdə olmaq, onun təlim-tərbitəsi ilə məşğul olmaq istəyir, eləcə də alimenti ödəyəcəkdir. Uşağını saxlamaqdan boyun qaçırmır. İcra sənədi üzrə borclu onun uşaqla görüşməsinə mane olduğuna görə hirslənib qeyd edilən ərizəni icra və probasiya şöbəsinə yazmışdır. Həmin ərizənin əsassız hesab olunmasını xahiş edir. Qeyd etdiyi kimi o, uşaqla ümsiyyətdə olmaqdan, onunla görüşməkdən imtina etmir. Borclu X2 məhkəmə iclasında tələbkar Borclu icra və probasiya şöbəsinə yazdığı ərizəni nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, tələbkar Borclu icra və probasiya şöbəsinə yazmış olduğu ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tələbkar Borclu məhkəmə iclasında verdiyi izahatında uşağı ilə ünsiyyətdə olmaq, onun təlim-tərbiyəsi ilə məşğul olmaq istədiyini bildirərək icra və probasiya şöbəsinə yazdığı ərizənin əsassız hesab olunmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkar Borclu Mingəçevir şəhər icra və probasiya şöbəsinə yazmış olduğu ərizə əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Tələbkar Borclu uşaqla görüşdən imtina barədə Mingəçevir şəhər icra və probasiya şöbəsinə yaşmış olduğu ərizə əsassız olduğuna görə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №8(051)-29/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-29/2022
04.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver