Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-29/2024 16.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Tələbkar nümayəndəsi Nümayəndə oğlunun X2 iştirakı ilə X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)–899/2023 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə–hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)–899/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər X12 və X7 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X8 700 (yeddi yüz) manat, cavabdeh X4 750 (yeddi yüz əlli) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi, cavabdehlər X8 və X4 müştərək qaydada vəkil xidməti üçün ödənilmiş 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 270.25 (iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X3 ərizə və tələbin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)– 899/2023 saylı qətnaməsinin hissə–hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclası zamanı ərizənin və tələbin dəqiqləşdirilməsi barədə əlavə ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)–899/2023 saylı qətnaməsi ilə ondan 700 manat məbləğində pulun, həmçinin ondan və cavabdeh X4 müştərək qaydada vəkil xidməti üçün ödənilmiş 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 270.25 (iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin borc onun əmək haqqından tutulur. Borcun tutulmasından narazı deyildir. Onun iki banka borcu vardır və oğlu Türkiyədə ödənişli təhsil alır. Həmin borcun hər ay əmək haqqından 50 faiz deyil 100 manat tulmaqla hissə-hissə ödəyə bilər. 320 manat əmək haqqı alır. Əmək haqqından xx.xx.2023-cü il tarixdə 166.67 manat, xx.xx.2023-cü il tarixdə 169.74 manat, xx.xx.2024-cü il tarixdə 173.34 manat olmaqla, cəmi 509.75 manat pul tutulmuşdur. O, banklara olan borcunu ödəyə bilmədiyinə görə məhkəməyə verilmiş, oğlunun təhsil haqqını ödəyə bilmədiyi üçün oğlu təhsil aldığı məktəbə buraxılmamışdır. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Tələbkar nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı bildirdi ki, borclunun Tələbkar olan borcunun 509.75 manatı əmək haqqından tutulmuşdur. Qalan borcun isə hissə-hissə ödənilməsinə razı deyildir. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)– 899/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdehlər X12 və X7 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X8 700 (yeddi yüz) manat, cavabdeh X4 750 (yeddi yüz əlli) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi, cavabdehlər X8 və X4 müştərək qaydada vəkil xidməti üçün ödənilmiş 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 270.25 (iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İşdə olan T.C. X5 X1 X6 surətindən görünür ki, X9 ve X13 xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X15 atası X21, anası X11r. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)–899/2023 saylı qətnaməsi ilə X8 700 manat məbləğində pulun və X8 və cavabdeh X4 müştərək qaydada vəkil xidməti üçün ödənilmiş 250 (iki yüz əlli) manat, sənədin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, cəmi 270.25 (iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Lakin X3nın borcunun 509.75 manatı əmək haqqından tutulsa da, qalan borcunun maddi vəziyyəti çətinləşdiyindən əmək haqqından hər ay 50 faiz deyil, 100 manat sabit məbləğdə olmaqla hissə-hissə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşin müəyyən olunmuş halları, o cümlədən borclunun ailə vəziyyəti, məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, X3nın qalan borcun əmək haqqından hər ay 50 faiz tutularaq ödənilməsi onun maddi vəziyyətini çətinləşdirir. Ona görə də onun qətnamənin hissə–hissə icra olunmasına dair ərizəsi əsaslıdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borclunun qalıq borcunun hər ay əmək haqqından 100 manat sabit məbləğdə tutulub hissə–hissə ödənilməsi, tərəflərin real vəziyyətinə uyğundur. Bu səbəbdən ərizə təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)–899/2023 saylı qətnaməsi üzrə X3nın Tələbkar qalan borcu, hazırki qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 100 (bir yüz) manat müəyyən edilməklə hissə–hissə icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-29/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-29/2024
16.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver