Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-294/2025 28.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Borclu: X4 iştirakı ilə, Borclu: X4 Mingəçevir Şəhər məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(051)- 90/2025 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hazırda X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(051)-90/2025 saylı qətnaməsinin hər ay hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Mingəçevir Şəhər Məhkəməsinin 2(O51)- 90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ondan 4576.70 manat əsas, 301.03 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4887.73 manat məbləğində pul alınıb iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qətnamə çıxmış və icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Qətnamə İcra Şöbəsinə yönəldikdən sonra onun pensiyasına yönəldilmə edilmişdir. Yönəldilmə edildikdən sonra onun pensiyasının 50 faizi tutulmuşdur. Belə olan halda o yerdə qalan digər 50 faizi isə digər bank borcuna və əlavə borclarını ödədikdən sonra onun bu puldan əlində heçnə qalmamışdır. Ərizəçi ilk öncə onu qeyd edir ki, özü kəskin xroniki ürək xəstəsidir. Bununla bağlı o əməliyyat da olmuşdur. Hazırda mütəmadi olaraq ürəyindən müayinə olunur və davamlı olaraq müayinə və müalicə almaq üçün Mingəçevir Şəhər Xəstəxanasında müayinədən keçir. O Birinci Qarabağ müharibəsi veteranıdır. Arvadı vəfat etmiş və himayəsində iki uşağı vardır ki, onlara da o özü baxır. Onun pensiyasının 50 faizinin tutulması onun maddi vəziyyətini daha da ağırlaşdırır. Odur ki, onun maddi vəziyyətinin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında Mingəçevir şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(051)-90/2025 saylı qətnaməsi ilə ona 4576.7 manat əsas, 301.03 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4887.73 manat məbləğində pul alınıb iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qətnamə çıxmış və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Lakin, qətnamə İcra Şöbəsinə yönəldikdən sonra onun pensiyasının 50 faizi tutulmuşdur. Hazırda mütəmadi olaraq ürəyindən müayinə və müalicə olunur. X9 Müharibəsinin veteranıdır. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar "xxxx" KB ASC-yə və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Mingəçevir Şəhər məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(051)-90/2025 saylı qətnaməsindən görünür ki, cavabdeh X3 4576.70 manat əsas, 301.03 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4887.73 manat məbləğində pul alınıb iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, uzun müddətdir ki, ü/x gərginlik diaqnozu xəstəliyindən əziyyət çəkir və xəstəyə AKS əməliyyatı məsləhət görülmüşdür. Lakin xəstə əməliyyatdan imtina edib, mütəmadi, stabil olaraq stasionar müalicə alır. Mingəçevir Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş arayışdan görünür ki, X5 müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər 07 aprel 2025-ci il tarixli, 2(051)-90/2025 saylı qətnaməsinə əsasən cavabdeh X3 4576.70 manat əsas, 301.03 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4887.73 manat məbləğində pulun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılıq ərizəsi olmadığından ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(051)-90/2025 saylı qətnaməsinin hissə-hissə ödənilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-294/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-294/2025
28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver