Məhkəmə qərarları › İş №8(051)-299/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-299/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-299/2025 28.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Borclu ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1583/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2519 manat kredit borcu alınıb "xxxx" KB ASC-yə ödənilməsi nərərdə tutulmuşdur. Borclu icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi üçün bildiriş edilmiş, onun icra sənədinin icrasıının məcburiliyi diqqətinə çatdırılmış, qanunla müəyyən edilmiş vaxt ərzində borcun ödənilməməsinə görə barəsində məcburi icra və məsuliyyət tənbeh tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu bu günə kimi kredit borcdan heç bir ödəniş etməyib. Borclunun gələcəkdə dövlət sərhədini keçib ölkəyə qayıtmamaqla, məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etməkdən ölkə hüdüdlarını tərk etmək ehtimalının olmasını nəzərə alaraq icra işi üzrə yaranmış borc tam şəkildə ödənilib qurtaranadək iş üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuru X1, tələbkar "xxxx" KB ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın, icra məmurunun və borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1583/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, 2519 manat kredit borcu ondan alınıb "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. O zaman o həm işləyir, həm də pensiya alırdı. Sonradan maddi durumu pisləşmiş və ödəyə bilməmişdir. Bundan başqa təqdimatla razı olmadığını bildirdi. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Təqdimata əlavə olunmuş icra vərəqəsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Borclu 2415.37 manat əsas, 104.07 manat faiz olmaqla, cəmi 2519 manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə verilməsi, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 45.60 manat məbləğində pul alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət olunmuşdur. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən qəbul edilmiş qərarın surəti biİdirişlə icra sənədi üzrə Borclu göndəriİmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəltmişdilər. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildirişin surətindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədində göstərilən tələbi könüllü olaraq icra etmək üçün Borclu 10 gün müddətinə qədər vaxt verilib. Təqdimata əlavə olunmuş xəbərdarlığın surətindən görünür ki, Borclu icra sənədi üzrə borcu 2564.6 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin “Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə baxmayaraq borclu borcunu ödəməkdə qərəzli boyun qaçırdığı və icra məmurunun çağırışına gəlmədiyi üçün barəsində axtarış qərarı çıxarılmışdır. Həmçinin borclu X3İunun izahatı alınmış və borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi ona izah olunmuşdur. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən, “Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.” Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1583/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi icra olunanadək, xx.xx.1964-cü il tarixdə Ağdaş rayon, Qolqatı kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar