Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-303/2025 21.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştrakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-389/2025-010 saylı xx.xx.2025-ci il tarixli icra işi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-389/2025 saylı xx.xx.2025-ci il tarixli saylı icra sənədinə əsasən, Borclu 2000 (iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) məbləğində pul alınıb Tələbkar verilməlidir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)- 389/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-389/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 2000 (iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) məbləğində pul Borclu alınıb iddiaçı Tələbkar verilməlidir.Borclu icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu hazırki vaxta kimi heç bir ödəniş etməmişdir. Ona görə də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev məhkəmə iclasında təqdimata uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Borclu xx.xx.2025-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Gəlməməsi barədə əvvəlcədən məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Təqdimata əlavə olunmuş (051)-389/2025-010 saylı xx.xx.2025-ci il il tarixli icra sənədindən görünür ki, Borclu 2000 (iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) alınıb Tələbkar verilməlidir. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şəhər Məhkəməsinin 2(051)-389/2025 saylı xx.xx.2025-ci il tarixli saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişin sürətindən görünür ki, Borclu tələbin könüllü icrası haqqında məlumat göndərilmişdir. Təqdimata əlavə olunmuş Borclu xx.xx.2025-ci il tarixli izahatından görünür ki, borclu İİ dərəcəli əlil olduğundan işləmək imkanın olmadığını, eyni zamanda ikinci dəfə ailə qurduğunu, bu nikahdan bir azyaşlı övladının olduğunu göstərmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya icra sənədini icra etmədiyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu adına qeydiyyata alınmış hər hansı daşınar və ya daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmənin gəldiyi nəticə: “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borcun könüllü icra edilməsi üçün bildiriş və xəbərdarlıqların göndərilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də, tələbin yönəldilə biləcəyi Borclu məxsus əmlak və ya pul vəsaiti müəyyən edilməmişdir. Həmçinin Borclu izahatında borcu ödəyə bilməməsinin səbəbi kimi maddi imkanının olmadığını qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət etməklə onu icra sənədini icra etməməsindən çəkindirə bilər. Hətta məhkəmə hesab edir ki, Borclu izahatında borcu ödəyə bilməməsinin səbəbi kimi qeyd etdiyi halları da( “maddi imkanının olmaması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-in 231.4. qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231.4; 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-389/2025-010 saylı xx.xx.2025-ci il tarixli saylı icra sənədi icra olunanadək, xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qəradad dərhal icra olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(051)-303/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-303/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver