Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-305/2025 18.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Tələbkarlar Tələbkar1 və Tələbkar2 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(051)-567/2023 saylı icra sənədi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(051)- 567/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(051)-567/2023 saylı icra sənədinə əsasən mənəvi zərərə görə cavabdeh Borclu 1000 (bir min) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar1 Akif oğluna və 1000 (bir min) manat pulun alınıb Tələbkar2 verilməsi, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pulun alınıb, iddiaçılar Tələbkar1 və Tələbkar2 verilməsi və ekspertiza tədqiqatın dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə xərcinin iddiaçılar Tələbkar1 və Tələbkar2 və cavabdeh Borclu müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrasını tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələbkar2 məhkəmə iclası zamanı təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar1 məhkəmə iclası zamanı təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya, həmçinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(051)-567/2023 saylı icra vərəqəsindən görünür ki, mənəvi zərərə görə cavabdeh Borclu 1000 (min) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar1 Akif oğluna və 1000 (bir min) manat pulun alınıb Tələbkar2 verilməsi, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pulun alınıb, iddiaçılar Tələbkar1 və Tələbkar2 verilməsi və ekspertiza tədqiqatın dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə xərcinin iddiaçılar Tələbkar1 və Tələbkar2 və cavabdeh Borclu müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(051)-567/2023 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədi könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirlərin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti aşkar edilməmişdir. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, tələbin könüllü icra edilməsi üçün bildiriş borcluya verilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmiş, həmçinin Borclu borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi izah olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə imkan verən hallara aiddir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-in 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(051)-567/2023 saylı icra sənədi icra olunanadək, xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-305/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-305/2025
18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver