Məhkəmə qərarları › İş №8(051)-307/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-307/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-307/2025 24.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədləri üzrə tələbkarın iddia tələbindən imtina etməsi barədə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 manat olmaqla, üç uşaq üçün cəmi 420 manat aliment alınıb X3 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat olmaqla, cəmi 420 manat aliment alınıb Həsənova (Mustafayeva) Ramilə Rəhman qızına ödənilməsi nəzərdə tutulmuşdur. İş üzrə tələbkar Həsənova (Mustafayeva) Ramilə Rəhman qızı ərizə ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək, Borclu aliment ödənilməsindən imtina etdiyini bildirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə ərizəyə baxılmasını, təqdimatın baxılmasının nəticəsinə dair çıxarılmış qərardadın surətini İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Odur ki, məhkəmədən tələbkarın tələbdən imtinası barədə ərizəsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Tələbkar X4 məhkəmə iclası zamanı heç bir tələbinin olmadığınıbildirdi. Bununla belə, Borclu 2 aydır ki, alimenti ödəmədiyini, alimentin ödənilməsindən özünün imtina etdiyini bildirdi. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı təqdimatı müdafiə edərək, tələbkarla razılaşdığını və heç bir aliment tələbinin olmadığını bildirdi. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş tələbkar X2 xx.xx.2025-cü il tarixli ərizəsindən görünür ki, tələbkar kimi iki aylıq aliment borcundan imtina etmişdir. Belə ki, onun Borclu qarşı heç bir aliment tələbi yoxdur. Məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinası yazılı qaydada verildiyindən, qanuna zidd olmadığından, həmçinin başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, o cümlədən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyindən və bu hal yetkinlik yaşına çatmayan uşaqların üstün mənafelərinə uyğun olduğundan qəbul ediləndir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.3-cü maddəsinə əsasən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda tələbkar olan X2 tələbdən imtinası barədə ərizəsi qəbul edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar