Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-309/2025 21.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin qızınun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Borclu, Tələbkar, X1 iştirakları ilə, Borclu Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-153/2025 saylı qətnamənin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Borclu ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-153/2025 saylı qətnaməsi ilə icra ödənişinin tutulması haqqında qərarının hissə-hissə ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025ci il tarixli, 2(051)-153/2025 saylı qətnaməsinə əsasən ondan 700 (yeddi yüz) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır və icra edilməsi üçün Mingəçevir şəhər İcra Şöbəsinə verilmişdir. O, iddiaçıya tələb etdiyi məbləği ödəməkdən boyun qaçırmır, lakin 2013-cü ildən şəkər xəstəsi kimi qeydiyyatdadır və görmə qabiliyyətində problem yarandığı üçün əməliyyat olunmalıdır, lakin qeyd etdiyi kimi şəkər xəstəsi və daim təzyiqi olduğu üçün çox əziyyət çəkir. Təqaüdçüdür və aldığı müavinət müalicəsinə və dolanışığına yetmir. Tək yaşayır, kimdənsə köməyi yoxdur. Tələbkar onun iş qüvvəsinin olmadığını bilir və qətnamədə qeyd olunan pul vəsaitini ona borc kimi deyil, mənzilin alqı-satqısına zəmanət kimi beh əvəzi almışdır. Ancaq tələbkar mənzilini almaqdan imtina etdi və onu çox ziyana saldı, çünki o, ona qüvənib, alacağı ev üçün 3000 manat məbləğində ödədiyi beh məbləğini qaytara bilmədi, bu günə kimi o, həmin məbləğin kredit faizlərini ödəyir. Qeyd etdiklərini nəzərə alıb ayda 100 manat olmaqla qətnamədə göstərilən 700 manat pulu hissə-hissə ödənilməsinə razılıq verilməsini istəyir. Bu səbəbdən icra sənədinin tam şəkildə yerinə yetirilməsində çətinlik çəkir. Borclu ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, qətnamənin hissə-hissə icra edilməsinə qəti surətdə razı deyildir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişlər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)- 153/2025 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclundan 700 manat pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-153/2025 saylı icra vərəqəsi ilə müəyyən edilmiş 700 manat pulun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılıq ərizəsi olmadığından, əksinə, məhkəmə iclası zamanı hissə-hissə ödənişə qarşı olduğunu bildirdiyindən ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, Borclu məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(051)-153/2025 saylı icra vərəqəsinin hissə-hissə ödənilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(051)-309/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-309/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver