Məhkəmə qərarları › İş №8(051)-32/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-32/2022

18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-32/2022 18.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Tələbkar X1 iştirakı ilə, X1 Mingəçevir şəhər məhkəməsinin 2(051)-1749/2019 saylı 08 avqust 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsinə baxaraq Müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin 2(051)-1749/2019 saylı 08 avqust 2019-cu il tarixli icra sənədinə əsasən X1 hər həftənin şənbə günləri saat 10:00-dan saat 13:00-dək yaşadığı Mingəçevir şəhəri Bahar küçəsi 20 №-li evdə nəvəsi X3 ilə ünsiyyətdə olmalıdır. Tələbkar Mingəçevir şəhər icra və probasiya şöbəsinə ərizə verərək borclunun uşağı ona göstərmədiyi üçün tələbdən imtina etdiyini, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1749/2019 saylı 08 avqust 2019-cu il tarixli icra sənədinə əsasən hər həftənin şənbə günləri saat 10:00-dan saat 13:00-dək nəvəsi X3 ilə ünsiyyətdə olmalıdır. Lakin Borclu onun uşaqla görüşməsinə, ünsiyyətdə olmasına imkan vermir. Ona görə də hirslənib Mingəçevir şəhər icra və probasiya şöbəsinə uşaqla görüşməkdən imtina etdiyini bildirərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ancaq o, nəvəsi ilə görüşmək, ünsiyyətdə olmaq istəyir. Ona görə də icra və probasiya şöbəsinə yazdığı ərizənin nəzərə alınmamasını, icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tələbkar N.Mehdiyevanın Mingəçevir şəhər icra və probasiya şöbəsinə icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Qanunun mahiyyətindən görünür ki, uşağın öz nənələri, babaları ilə ünsiyyətdə olmaq hüququ vardır. Bundan əlavə icra sənədi üzrə tələbkar məhkəmə iclasında verdiyi izahatda nəvəsi ilə görüşmək, ünsiyyətdə olmaq istədiyini bildirərək icra sənədi üzrə icraata xitam verilməməsini xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkar X1 Mingəçevir şəhər icra və probasiya şöbəsinə icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 263-364, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Tələbkar X1 Mingəçevir şəhər məhkəməsinin 2(051)-1749/2019 saylı 08 avqust 2019cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Mingəçevir şəhər icra və probasiya şöbəsinə yazdığı ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar