Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-32/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi X2 və İcra və Probasiya Şöbəsinin icra məmuru X18 iştirakı ilə, X1 Mingəçevir şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(051)-634/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(051)-634/2022 saylı qətnaməsi ilə iddiaçı İddiaçı X4 cavabdeh X7 qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməsi, X9, uşaqları Hüseyn və Yusif ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxaılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X3 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ilkin iddia üzrə iddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X6, X11, və X12 mülkiyyətində olan ünvan 2 evin 23 say mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, X10ma qarşı "mənzilə istifadə hüququnun tunınmas tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, həmçinin Hüseyn və Yusif adlı iki az yaşlı uşaqlarının ünvan 2 evin 23 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mıngəçevir şəhəri Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-634/2022 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər Rüstəm, Nərgiz Qardaşxan qızı, X19 və X13 ünvan 2 evin 23 saylı ünvanda yerləşən mənzildən çıxarılmaları, qarşılıqlı iddianın rədd olunması qət olunmuşdur. Həmin qətnamə qanuni qüssəsini almış və icraya yönəldilmişdir. X14 ilə rəsmi nikahlarından 10 dekabr 2013-cü il təsəllüdlü X20 və 24 noyabr 2014-cü il təvəllüdlü X21 adlı iki uçaqları olmuşdur. Qətnamə icra olunacağı təqdirdə yetkinlik şaşına çatmamış övladlarının və onun yaşamağa heç bir yeri olmayacaq, çox böyük çətinliklərlə qarşılaşacaqlar. Övladlarını ataları tərəfindən hər biri üçün ödənilən 140 manat, ümumilikdə 280 manat aliment məbləği ilə saxlayır. Bu məbləğ onların bütün maddi ehiısaclarım qarşılamaqda kifayət etmir. Ozü heç bir yerdə işləmir. Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 11, mənzil 23 ünVanında serləşən mənzildən başqa yaşamağa yerləri yoxdur. Kirayədə yaşamağa isə maddi vəziyyətləri, imkan vermir. Bu səbəbdən həmin qətnamənin icrasını möhlət serilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, övladları 19 dekabr 2013 cü il ləvəllüdlü X19 və 24 noyabr 2014-cü ii təvəllüdlü X21 yetkinlik yaşlarına çatana qədər Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2 0 2 2-c i il tarixli, 2(051 )-634/2022 nömrəli qətnaməsinin icrasına möhlət serilməsini məhkəmədən xahiş etmişdir. İcra və Probasiya Şöbəsinin icra məmuru X5 şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(051)-634/2022 saylı qətnaməsi ilə iddiaçı İddiaçı X4 cavabdeh X7 qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməsi, X9, uşaqları Hüseyn və Yusif ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxaılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hal-hazırda icra tədbirləri həyata keçirilir və tələbkar mənzilinin böoşaldılmasını tələb edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra orqanının nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Tələbkara məxsus telefon vasitəsi ilə əlaqə saxlanılmış tələbkar qətnamənin icrasına möbhlət verilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–in 231.2–ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın ərizəsini, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Mingəçevir şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(051)-634/2022 saylı qətnaməsi ilə iddiaçı İddiaçı X4 cavabdeh X7 qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməsi, X9, uşaqları Hüseyn və Yusif ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxaılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra borcu qətnamədən apelyasiya və kassasiya qaydasında şikayətlər vermiş və Mingəçevir şəhər məhkəməsinin 27 may 2022-ci il tarixli 2(051)-634/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi borclunun bu müddət ərzində kifayət qədər vaxtı olmuşdur. Bu müddətdən sonra qətnamənin icrasına möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Həmçinin, boclunun övladları 2013-cü il ləvəllüdlü X19 və 2014-cü ii təvəllüdlü X21 yetkinlik yaşlarına çatana qədər Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051 )-634/2022 nömrəli qətnaməsinin icrasına 8 il və ya 9 il müddətinə möhlət verilməsini tələb etməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnmaməsinin süni şəkildə icrasını ləngitmək məqsədi daşıyır və hüquqdan sui istifadə hallarına yol verilməsi ilə nəticələnir ki, bu da tələbkara münasibətdə onun hüquqlarının kobud şəkildə pozulması və qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X2 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 231, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Mingəçevir şəhər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 2(051)-634/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin övladları 19 dekabr 2013 cü il ləvəllüdlü X19 və 24 noyabr 2014-cü ii təvəllüdlü X21 yetkinlik yaşlarına çatana qədər icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Hüseynov Ələkbər
Məhkəmə qərarları › İş №8(051)-32/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-32/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver