Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-326/2025 31.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(051)-72/2025 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İşin halları: X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(051)-72/2025 saylı qətnaməsi ilə icra ödənişinin tutulması haqqında qərarının hissə-hissə ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-72/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2023-cu il tarixli 142nkMNG/23 saylı müqavilə üzrə 4983 manat ödənilməmiş məbləğ, 495,71 manat faiz, 6 manat cərimə, cəmi 5484, 71 manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. O, uzun müddətdir ki, əmək qabiliyyətsizdir. Belə ki, bir müddət əvvəl borclarının çox olması səbəbi ilə, intihar etmək məqsədi ilə üzərinə benzin töküb özünü yandırmışdır. Lakin həyatda qalmağına baxmayaraq işləyə bilmir, sadəcə əlillik pensiyası ilə güclə dolanır. Hüquqi savadı olmadığından heç bir şəkildə məhkəməyə müraciət edə bilməmişdir. Borcunu hissə-hissə olmaqla, hər ay 100 manat ödəmək istəyir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə və tələbkar hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(051)-72/2025 saylı məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh X3 4983 manat əsas, 495,71 manat faiz və 6 manat cərimə olmaqla, cəmi 5484,71 manat məbləğində pul tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən X5 3-cü qrup əlil kimi 180 manat pensiya təyin olunması müəyyən edilmişdir. İşə əlavə olunan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-72/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin icra olunması ilə bağlı X1 pensiyasına 50% miqdarında(90 manat) inkasso sərəncamı qoyularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(051)-72/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş 5484,71 manat pulun hissə-hissə ödənilməsi yekunda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılıq ərizəsi olmadığından, həmçinin həmin qətnamənin icrası ilə bağlı borclunun pensiyasına icra şöbəsi tərəfindən məcburi icra tədbiri qismində inkasso sərəncamı qoyulması və nəticədə borclunun pensiyasından tutulan məbləğin(90 manat) ərizəsində göstərdiyi məbləğdən(100 manat) də aşağı olmasını nəzərə alaraq ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(051)-72/2025 saylı icra vərəqəsinin hissə-hissə ödənilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(051)-326/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-326/2025
31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver