Məhkəmə qərarları › İş №8(051)-327/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-327/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-327/2025 04.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 iştirakı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(051)-976/2025 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İşin halları: X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(051)-976/2025 saylı qətnaməsi ilə icra ödənişinin tutulması haqqında qərarının hissə-hissə ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(051)-976/2025 saylı məhkəmə qətnaməsi ilə cavabdeh X3 xx.xx.2024-cü il tarixli, 03498414 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1514,93 (bir min beş yüz on dörd manat doxsan üç qəpik) manat əsas, innovativ layihələr mərkəzində ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 15 (on beş) manat cərimə olmaqla, cəmi 1553,53 (bir min beş yüz əlli üç manat əlli üç qəpik) manat məbləğində pul və 36,90 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Ailəsində yaranmış problemlərlə və onun xəstəliyi ilə əlaqədar məcbur olub o, həyat yoldaşı və oğlu müxtəlif banklardan kredit götürmüşlər. Nəticədə maddi vəziyyətləri acınacaqlı vəziyyətə gəlmişdir. O, banka olan borcunu ödəməkdən yayınmır, ödəməyə çalışır. Lakin borcumun hissə-hissə olmaqla, hər ay 100 manat ödəmək istəyir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə və tələbkar hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(051)-976/2025 saylı məhkəmə qətnaməsindən görünür ki, cavabdeh X3 xx.xx.2024-cü il tarixli, 03498414 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1514,93 (bir min beş yüz on dörd manat doxsan üç qəpik) manat əsas, innovativ layihələr mərkəzində ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 15 (on beş) manat cərimə olmaqla, cəmi 1553,53 (bir min beş yüz əlli üç manat əlli üç qəpik) manat məbləğində pul və 36,90 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən X5 "xxxx" MMC-də satıcı kimi 400 manat əmək haqqı təyin olunması müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(051)-976/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş 1553,53 (bir min beş yüz əlli üç manat əlli üç qəpik) manat pulun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılıq ərizəsi olmadığından ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(051)-976/2025 saylı icra vərəqəsinin hissə-hissə ödənilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar