Məhkəmə qərarları › İş №8(051)-328/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-328/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-328/2025 28.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2229/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2229/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2229/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Tələbkar Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Borcluya icra sənədinin icrası ilə bağlı rəsmi məlumat verilməsi üçün xx.xx.2025-ci il tarixdə rəsmi məktub göndərilməklə xəbərdarlıq edilmiş, icra sənədinin icra edilməməsinin səbəbini müəyyən etmək üçün şöbədə olması tələb olunmuş, lakin borclu icra sənədinin icra edilməməsi ilə bağlı səbəb bildirməmiş, icra məmurunun çağırışına gəlməmiş və bu barədə üzürlü səbəb bildirməmişdir. Ona görə də borclunun Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya, tələbkara və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən, borclunun, tələbkarın və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2229/2019 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2229/2019 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktların surətlərindən görünür ki, borcluya dəfələrlə icra məmurunun çağırışına gəlməyi barədə məlumat verilsə də, borclu icra sənədində qeyd olunan ünvana gəlməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-920/2020 saylı qərarından görünür ki, Borclu AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-860/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Borclu AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-141/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun icra sənədinin icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Qəribov X1 şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 2 ünvanında yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar