Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-33/2024 22.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Tələbkarnə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Tələbkarnə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul alınıb Tələbkarnə ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Tələbkarnə dəvət olunmuş, lakin o, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də borclunun Tələbkarnə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya, tələbkara və Tələbkarnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən, borclunun, tələbkarın və Tələbkar nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul alınıb Tələbkarnə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Tələbkar tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1929/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-429/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş “SMS bildirişin” göndərilməsi barədə Çıxarışdan görünür ki, Borclu Tələbkarnə gəlməyi tələb edilmiş, əks halda məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun icra sənədinin icrası üçün Tələbkarnə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Tələbkarnə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Tələbkarnə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-33/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-33/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver