Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-330/2025 05.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar iştirakları ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin “Əmlak üzərindən həbsin götürülməsi barədə” təqdimatına məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-216/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli mənzilin üzərindən həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 345/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanda yerləşən 43.3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsi(gözəllik salonu) və qeyri-yaşayış sahəsində olan avadanlıqların -01 ədəd “LG” markalı kondisioner, 01 ədəd “LG” markalı paltaryuyan maşın, 01 ədəd “Samsung” markalıtelevizor, 01 ədəd “Epillyasiya” aparatı, 01 ədəd “Kombi” istilik sistemi, 03 ədəd “Kombi” istilik sistemi aparatı üçün nəzərdə tutulmuş radiator, 03 ədəd stol, 02 ədəd kreslo və stol-stul dəstinin ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə cavabdeh Borclu payı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayon, Dadaş Bünyadzadə küçəsi, ev 230/2, mənzil 55a yaşayış evinin ipoteka krediti ilə bağlı ödənilmiş 18000 ABŞ dolları pulun ½ hissəsinin qətnamə icra edilən günə Azərbaycan manatı məzənnəsi ilə cavabdeh Borclu alınıb iddiaçı Tələbkar ödənilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-216/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borcluya məxsus mənzilin üzərinə həbs qoyulmuşdur. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclası zamanı izahat verərək Borclu ona olan borcunu tam şəkildə ödədiyini, borcluya qarşı heç bir şikayət və tələbinin olmadığını, ona görə də, icra işi üzrə icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Məhkəmə təqdimatı, icra məmurunun vəsatətinin və təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-345/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən 43.3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsi(gözəllik salonu) və qeyri-yaşayış sahəsində olan avadanlıqların -01 ədəd “LG” markalı kondisioner, 01 ədəd “LG” markalı paltaryuyan maşın, 01 ədəd “Samsung” markalıtelevizor, 01 ədəd “Epillyasiya” aparatı, 01 ədəd “Kombi” istilik sistemi, 03 ədəd “Kombi” istilik sistemi aparatı üçün nəzərdə tutulmuş radiator, 03 ədəd stol, 02 ədəd kreslo və stol-stul dəstinin ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə cavabdeh Borclu payı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayon, Dadaş Bünyadzadə küçəsi, ev 230/2, mənzil 55a yaşayış evinin ipoteka krediti ilə bağlı ödənilmiş 18000 ABŞ dolları pulun ½ hissəsinin qətnamə icra edilən günə Azərbaycan manatı məzənnəsi ilə cavabdeh Borclu alınıb iddiaçı Tələbkar ödənilməlidir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-216/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. İşdə olan Tələbkar xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Borclu ona olan borcunun tam şəkildə ödəmiş, borcluya qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də, icra işi üzrə icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə: “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, qətnamənin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli mənzilin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-216/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli mənzilin üzərindən həbs götürülsün . Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(051)-330/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-330/2025
05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver