Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-340/2025 12.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin “Əmlak üzərindən həbsin götürülməsi barədə” təqdimatına məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərindən həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-811/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğində aliment alınıb X2 verilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-156/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Məhkəmə təqdimatı, icra məmurunun vəsatətinin və təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-811/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğində aliment alınıb X2 verilməlidir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. İşdə olan X1 xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Borclu ilə barışmış, öz aralarında razılığa gəlmişlər, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, İcra Haqqında Qanunun 23.1.1-ci maddəsinə əsasən icra işinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə: “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, qətnamənin icrasını təmin etmək məqsədilə Borclu məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin üzərindən həbs götürülsün . Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(051)-340/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-340/2025
12.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver