Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-341/2025 08.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2023–cü il tarixli e-2(051)-2708/2023 saylı icra sənədi, 30 avqust 2024-cü il tarixli, e-2(051)-1773/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2023–cü il tarixli e-2(051)- 2708/2023 saylı və 30 avqust 2024-cü il tarixli, e-2(051)-1773/2024 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2023–cü il tarixli, e-2(051)-2708/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixli 04281832 saylı alqı-satqı müqaviləsi üzrə Playstation 5, ps 5 dualsensse white oyun konsolu, ps5 oyun disk üçün 1057 (bir min əlli yeddi) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat cərimə, xx.xx.2022-ci il tarixli 04312195 saylı alqı-satqı müqaviləsi üzrə LG qulaqlıq üçün 65.98 (altmış beş manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 6.02 (altı manat iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1234 (bir min iki yüz otuz dörd) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməsi, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 32.34 (otuz iki manat otuz dörd qəpik) manat məbləğində pulun alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-1773/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 2259,57 manat əsas, 318,44 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 2588.01 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar2 QSCnin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 45,89 manat məbləğində hissəsinin cavabdeh Borclu alınıb iddiaçı Tələbkar2 QSC-yə verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi üçün bildiriş təqdim edilmiş, ona icra sənədinin icrasının məcburiliyi diqqətinə çatdırılmış, qanunla müəyyən edilmiş vaxt ərzində borcun ödənilməməsinə görə barəsində məcburi icra və məsuliyyət tənbeh tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclunun gələcəkdə dövlət sərhəddini keçib ölkəyə qayıtmamaqla, məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədən ölkə hüdudlarını tərk etmək ehtimalının olmasını nəzərə alaraq icra işi üzrə yaranmış borc tam şəkildə ödənilib qurtaranadək iş üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya, tələbkarlara, həmçinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, borclunun, tələbkarların və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-2708/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli 04281832 saylı alqı-satqı müqaviləsi üzrə 1057 (bir min əlli yeddi) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat cərimə, xx.xx.2022-ci il tarixli 04312195 saylı alqı-satqı müqaviləsi üzrə 65.98 (altmış beş manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 6.02 (altı manat iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1234 (bir min iki yüz otuz dörd) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməsi, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 32.34 (otuz iki manat otuz dörd qəpik) manat məbləğində pulun alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-2708/2023 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-1773/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 2259,57 manat əsas, 318,44 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 2588.01 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar2 QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 45,89 manat məbləğində hissəsinin cavabdeh Borclu alınıb iddiaçı Tələbkar2 QSC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-1773/2024 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatdan görünür ki, borcluya icra sənədi könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirlərin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti aşkar edilməmişdir. Təqdimata əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu sərhədkeçmə məlumatlarından görünür ki, görülən tədbir Keç, sərhəddən çıxma tarixi xx.xx.2025-ci il, sərhəd çıxış, Sərhədin portu Moskva, X1 Aeroportunda DSBM, görülən tədbir Dayan, sərhəddən çıxma tarixi xx.xx.2025-ci il, sərhəd giriş, Sərhədin portu Moskva göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, tələbin könüllü icra edilməsi üçün bildiriş borcluya şəxsən verilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmiş, həmçinin Borclu izahatı alınmış və borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi ona izah olunmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə imkan verən hallara aiddir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Azərbaycan Respublikası MPM-in 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2023–cü il tarixli, e-2(051)-2708/2023 saylı icra sənədi, xx.xx.2024-cü il tarixli, e-2(051)-1773/2024 saylı icra sənədi icra olunanadək, xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-341/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-341/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver