Məhkəmə qərarları › İş №8(051)-348/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-348/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-348/2025 18.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Tələbkar: Tələbkar iştirakı ilə Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsinin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-502/2025 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-502/2025 saylı qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci tarixli, 2(051)-151/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsindən 2214.33 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-502/2025 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin ayda 150 manat olmaqla hissə-hissə ödənilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-502/2025 saylı qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci tarixli, 2(051)-151/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsindən 2214.33 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə üzrə müəyyən olunmuş borcu İdarə bir dəfəyə ödəmə gücündə deyildir. Belə ki, MT və Aİ-nin tabeliyində olan Mənzil İstismar Sahələri (MİS) təsərrüfat hesablı olmaqla büdcədən kənar maliyyələşdiyindən, MİS işçilərinin əmək haqqı fondu əhalidən yığılan mənzil xidmət haqqlarından, qeyri- yaşayış sahələrindən və məhəllədaxili fərdi qarajlardan yığılan xidmət haqlarının hesabına verildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000ci il tarixli 40 nömrəli Qərarına 2 nömrəli əlavəyə əsasən əhali üçün kommunal xidməti tarifləri əsasında yığıldığı və əmək haqqı ödənişinin birbaşa daxilolma məbləğindən asılıdır. Borc hissə-hissə, yəni ayda 150 manat olmaqla ödənilə bilər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsinin borclu olduğu məbləği hissə-hissə ödəməsini əsaslı hesab etmir. Borclunun təklif etdiyi məbləğ işin həqiqi hallarına uyğun deyildir. Ona görə də borclunun təklif etdiyi məbləği qəbul etmir. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Borcluya və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə borclunun və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin tələbkar da hissə-hissə icraya razılıq verməmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, 2214.33 manat məbləğində pulun hər ay 150 manat həcmində hissəhissə ödənilməsi, tələbkarın mənafeyinə uyğun deyildir. Eyni zamanda bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də onun realizəsini mümkünsüz edir ki, bu da qanuni qüvvəyə minmin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi prinsipinin pozulmasına və ədalət mühakiməsinə olan inamın sarsılmasına səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsinin qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsinin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-502/2025 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar