Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-38/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Borclu iştirakı ilə, ərizəçi: X2 “məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyasına” dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-656/2020 saylı qətnaməsinə əsasən onun cavabdeh Borclu qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(107)- 232/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-656/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli 2(102)-3913/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(107)-232/2021 saylı qətnaməsi ləğv edilmişdir. X5 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2(107)-2041/2021 saylı qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-56/2020 saylı qətnaməsi tamamilə ləğv edilmiş, cavabdeh Borclu italyan istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pulun alınıb ona verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırki müddətə qədər qətnamə icra olunmamışdır. Ancaq onun iddianı qaldırmağından 2 ildən artıq müddət keçmiş və hesablanmış pul məbləği öz dəyərini dəfələrlə itirmişdir. Həmin məbləğin hazırda bu şəkildə icrası onun hüquqlarını pozur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(107)-2041/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb ona ödənilməli olan italyan istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pulun indeksasiya edilməklə dəyərinin müəyyən olunması barədə qərar çıxarlmasını xahiş edir. Borclu məhkəmə iclasında verdiyi izahatında tələbi qəbul etməyərək göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2(107)- 2041/2021 saylı qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-56/2020 saylı qətnaməsi tamamilə ləğv edilmiş, cavabdeh Borclu italyan istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pulun alınıb ona verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hesab edir ki, onların hazırda tələb etdiyi məbləğ yüksəkdir. Tələblə razı deyil ona görə də ərizənin rədd edilməsini xahiş edir. Mingəçevir şəhər İcra və probasiya şöbəsinə və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə tələbi təmin olunmalıdır. Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-(051)656/22020 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Borclu qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(107)232/2021 saylı qətnaməsinə əsasən iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(102)1913/2021 saylı qərarına əsasən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)232/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Şəki Apelyasiya məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(107)2041/2021 saylı qətnaməsinə əsasən iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(051)-656 saylı qətnaməsi tamamilə ləğv edilmiş, cavabdeh Borclu İtaliya istehsalı olan 750 əyar qram çəkidə 1 dəst üzük, sıröa qolbağı və qiymətli daş qaşlı sep naturada qətnamə icra edilən vaxt əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat alınaraq X3 verilməsi qət edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3629 №-li 22 iyul 2022-ci il tarixli rəyində göstərilir ki, rəyin tədqiqat hisssində göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci iltarixədək 3.500,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 23,2 faiz artım ilə hesablanmaqla xx.xx.2022-ci il tarixə hesablanmış cari dəyəri 4,312,00 manat məbləğində müəyyən edilir. Avropa Məhkəməsi hesab edir edir ki, Konvensiyaya 1 nömrəli Protokolun 1-ci maddəsinin mənasına görə şəxsin xeyrinə çıxarılmış qanuni qüvvəyə minmiş və mütləq icra edilməli olan məhkəmə qərarı ilə təsdiqlənən borcun mövcudluğu şəxsin "əmlakını" təşkil edir (“Androsov Rusiya Federasiyasına qarşı iş üzrə AİHM-nin 6 oktyabr 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, pul məbləğinin indekdasiyası istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla ərizəçinin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Belə ki, ərizəçiyə ödənilməli olan pul vəsaiti bazarda istehlak qiymətlərinin artması, inflayasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar ərizəçinin həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, hətta verilmiş borcun qaytarılması tələbinə dair ərizənin tam təmin olunması belə ərizənin pozulmuş hüququnu bərpa etmir. Belə olan halda qətnaməyə əsasən pul məbləğinin indeksasiyasının həyata keçirilməsi zərurəti yaranır. Ödənilməli olduğu aliment borc məbləği inflasiya göstəricisinə əsasən ekspert rəyi nəticəsində göstərilən məbləğdə dəyərini itirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ekspert rəyi qanuna müvafiqdir. Belə ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğə hüquqi qiymət verərək hesab edir ki, tələb ekspert rəyinə uyğun çıxarılması ərizə tələbinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Borclu alınıb dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə tələbi təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(107)-2041/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb X3 ödənilməli olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep naturada, yaxud qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri 3500 manat pul indeksasiya edilərək 4312 (dörd min üç yüz on iki) manat pul tutularaq X3 ödənilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Borclu alınıb dövlət büdcəsinə keçirilsin. Qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №8(051)-38/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-38/2022
29.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver