Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-38/2024 18.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar iştirakı ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1940/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1940/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda 2318.60 manat aliment borcu vardır. Borcun ödənilməsi üçün “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Odur ki, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1940/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatın dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, icra sənədi icraatına daxil olduqdan sonra tələbkar tələb etmədiyinə görə borclunun barəsində məcburi icra tədbirləri tətbiq etməmişdir. Sonradan tələbkar tələb etdiyinə və borclu tərəfindən aliment borcu ödənilmədiyinə görə o, borclunun barəsində məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün zəruri icra təbrlərini həyata keçirmişdir. Nəticədə, aliment tələbi borclunun əmək pensiyasının 70 faizinə yönəldiməklə pensiyasından hər ay 415 manat məbləğində pul tutulub tələbkara ödənilir. Ondan başqa tələbkar yığılmış aliment borcunun birdəfəyə ödənilməsində israr etdiyinə görə tələbin borclunun mülkiyyətində olan avtomobilə yönəldilməsi üçün onun üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. Odur ki, məhkəmədən Borclu məxsus Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş edir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1940/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat aliment alınıb ona ödənilməsi nəzərdə tutulmuşdur. Borclu ilə boşandıqdan sonra mənzildə olan payına münasibətdə 40.000 manat borcluya pul ödəmişdir. Həmin pulu əldə etmək üçün gözəllik salonunu girov qoyub bankdan kredit götürmüşdür. Borclu ilə azyaşlı uşaqlarının gələcək təminatı üçün gözəllik salonunda olan payından imtina edəcəyi və onun da uşağın saxlanması üçün borcludan aliment tutulmasından imtina edəcəyi barədə razılıq əldə etmişlər. Bu razılaşma şifahi qaydada olmuşdur. Lakin borclu bu razılaşmanı pozaraq əmlak bölgüsü tələbi ilə məhkəmədə iddia qaldırmışdır. O da razılaşma pozulduğu üçün uşağın saxlanması üçün təyin olunmuş alimentin ödənilməsini tələb etmişdir. Hazırda aliment tələbi borclunun pensiyasına yönəlmişdir. O, hər ay 415 manat məbləğində vəsait alır. Lakin borclunun aliment borcu 2318 manatdır və hər ay da 140 manat əlavə olunur. Borclu isə borcunu bir dəfəyə ödəməkdən imtina edir. O, təkbaşına 3 uşağa baxır, həftənin 2 gününü salonda işləyir və əldə etdiyi qazancla uşaqlarına xərcləyir. Borclu isə bir ata kimi uşaqları ilə maraqlanmır. Odur ki, təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Borclu iştirak etdiyi məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1940/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat aliment alınıb Tələbkar ödənilməsi nəzərdə tutulmuşdur. Tələbkarla aralarında razılaşma olmuşdur ki, birgə nikah dövründə əldə etdikləri əmlak - mənzildə olan payını ödədikdə o, gözəllik salonunun azyaşlı qızları İlhamənin təminatı olaraq pay tələb etməyəcək və tələbkar da ondan aliment tələb etməyəcək. Lakin tələbkar razılaşmalarını tam icra etməmişdir, mənzilin dəyərindən çox az məbləğdə ödəniş etmişdir və o, məcburiyyət qarşısında qalıb, əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etdikdən sonra aliment borcunun ödənilməsini tələb etmişdir. Halbuki, onun hər ay 140 manat alimenti ödəməyə imkanı olmuşdur. Lakin aralarında razılaşma olduğuna görə o, alimenti ödəməmişdir. Ona görə də onun üzərinə borc yığılmışdır. Tələbkar isə qərəzli olaraq ondan ödənilməyən bütün ayları tələb etmişdir. Ondan sonra İcra məmuru borcun ödənilməsi üçün onun pensiyasının 70%-nin tələbkarın xeyrinə tutulması barədə göstəriş vermişdir. Onun başqa qazancı yoxdur, özü də şəkər xəstəsidir, müalicəyə pulu yetmir. Hesab edir ki, onun pensiyasından hər ay tutulan 415 manat məbləğində vəsait həm aylıq alimentin ödənilməsi, həm də aliment borcunun ödənilməsi üçün yetərlidir. Ona görə də ona məxsus Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həb s qoyulmasına zərurət yoxdur. Odur ki, məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1940/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli elektron məlumat sistemindən əldə edilmiş sorğudan görünür ki, Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, aliment borcunun ödənilməsi borclunun pensiyasına yönəldilmişdir. Hazırda borclunun pensiyasından hər ay tutulan 415 manat məbləğində pul tələbkara ödənilir. Göründüyü kimi borclunun tələb yönəldilə bilən pul vəsaiti tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olduğuna görə aliment üzrə yığılmış borcun onun digər əmlakına yönəldilməsinə zərurət yoxdur. Məhkəmə, həmçinin nəzərə alır ki, aliment üzrə borcun yığılması, borclunun qərəzli hərkətləri nəticəsində baş verməmişdir. Belə ki, tərəflərin özləri də alimentin əvəzləşdirilməsi ilə bağlı aralarında şifahi razılaşmanın olduğunu təsdiq etmişlər. Ona görə də borclu aliment ödəməmiş, tələbkar isə tələb etməmişdir. Lakin sonradan tərəflər arasında mövcud razılaşma pozulduğuna görə tələbkar aliment borcunu tələb etmişdir. Halbuki, aliment təyin edildiyi vaxtdan borclunun pensiyasına yönədilməklə tam şəkildə ödənilə bilərdi. Bu halın yaranmasına səbəb tələbkarın borclu ilə razılaşması olmuşdur. Belə olan haldan borclunun icra sənədində göstərilən tələbi qərəzli olaraq ödəməməsi öz təsdiqini tapmır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi Məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Ona görə də məhkəmə hesab edir ki, aliment borcunun ödənilməsi borclunun pensiyasına yönəldildiyindən, borcluya məxsus olan, Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasından imtina edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir. Odur ki, icra orqanının hazırki təqdimatının təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Borclu məxsus Opel Meriva minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-38/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-38/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver