Məhkəmə qərarları › İş №8(051)-394/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-394/2025

17.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-394/2025 17.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra işi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu Nihad və Saqif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Sənan Hacıməmmədov təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 165/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu Nihad və Saqif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Borclu icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu hazırki vaxta kimi ödəniş etməmiş və 2800 manat aliment borcu yaranmışdır. Borclunun gələcəkdə dövlət sərhəddini keçib ölkəyə qayıtmama ehtimalını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Borcluya, tələbkara və icra məmuruna rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Gəlməmələri barədə əvvəlcədən məlumat verməmişdir. Tələbkar məhkəməyə teleqram ünvanlayaraq övladının səhhəti ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan işə baxılması mümkündür. Sübutların tədqiqi: Təqdimata əlavə olunmuş 2(051)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin sürətindən görünür ki, Borclu Nihad və Saqif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş bildirişin sürətindən görünür ki, Borclu tələbin könüllü icrası haqqında məlumat göndərilmişdir. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatdan görünür ki, borcluya icra sənədi könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirləri həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin gəldiyi nəticə: “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borcun könüllü icra edilməsi üçün bildiriş və xəbərdarlıqların göndərilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də, tələbin yönəldilə biləcəyi Borclu məxsus əmlak və pul vəsaiti müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət etməklə onu icra sənədini icra etməməsindən çəkindirə bilər. Hətta məhkəmə hesab edir ki, borclunun izahatında borcu ödəyə bilməməsinin səbəbi kimi qeyd etdiyi halları da(“daimi iş yerinin olmaması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunanadək, xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar