Məhkəmə qərarları › İş №8(051)-40/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-40/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-40/2022 31.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi X1 Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021–ci il tarixli 2(051)–526/2021 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə–hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021–ci il tarixli 2(051)–526/2021 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh X9 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh X6 2463 manat borcun tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X4 ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021–ci il tarixli 2(051)–526/2021 saylı qətnaməsinin hissə–hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021–ci il tarixli 2(051)–526/2021 saylı qətnaməsi icraya yönəldikdən sonra tələbkara olan borcundan ödəyə bilməmişdir. Maddi və mənəvi imkanı olmadığından qalan borcunu birdəfəyə ödəyə bilmir. Belə ki, heç yerdə işləmir. Ailəlidir və 2 övladı var. Anası ağır yataq xəstəsidir və onun himayəsindədir. Hazırda borcunu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Əgər qətnamənin hissə–hissə icra olunması müəyyən olunarsa, o zaman həmin borcu hər ay 100 manat olmaqla ödəyə bilər. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. X3, tələbkar X8 və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231.2–ci maddəsinə əsasən işə borclunun, tələbkarın və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın və borclunun izahatlarını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, 2463 manat məbləğində pulun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X2 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. X2 Mingəçevir Rayon Məhkəməsinin 07 iyul 2021–ci il tarixli 2(051)–526/2021 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar