Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-43/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Borclu Maraqlı şəxs iştirakı ilə X1 Mingəçevir Şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(051)-2167/2022 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması barədə iddia ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırda ərizəçi X3 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(051)-2167/2022 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Borclu Maraqlı şəxs məhkəmə iclası zamanı ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 13.4 maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Mingəçevir Şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(051)-2167/2022 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunmasına dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-43/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-43/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver