Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-45/2023 27.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-648/2022 saylı icra sənədi üzrə tələbkarın iddia tələbindən imtina etməsi barədə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra mətndə Məhkəmə) xx.xx.2022-ci il tarixli 2(051)-648/2022 saylı icra sənədinə əsasən, cavabdeh Borclu adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67.37 kv.m, yaşayış sahəsi 47 kv.m, yardımçı sahəsi 20.37 kv.m olan 3 otaqdan ibarət mənzildən iddiaçı Tələbkar payı ½ (ikidə bir) hissədə müəyyən edilməsi və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(051)-648/2022 saylı icra sənədinə üzrə Tələbkar ərizə ilə şöbəyə müraciət edərək, ona çatası 32000 manatı şəxsən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən qəbul etdiyini, bununla da iddia tələbindən imtina etdiyini bildirmişdir. Odur ki, məhkəmədən tələbkarın tələbdən imtinasının qəbul edilib-edilməməsi məsələsinə baxılmasını xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə təqdimata baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Tələbkar tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, öz aralarında razılıq əldə etməklə mənzilin satılmasına etiraz etməmişlər. mənzil 72000 manata satılmaqla ona çatası pay olan 32000 manatı şəxsən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən qəbul etmişdir. Odur ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(051)-648/2022 saylı icra sənədi üzrə iddiadan imtina edilməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinası yazılı qaydada verildiyindən, qanuna zidd olmadığından, həmçinin başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, o cümlədən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyində və bu hal yetkinlik yaşına çatmayan uşaqların üstün mənafelərinə uyğun olduğundan qəbul ediləndir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-648/2022 saylı icra sənədi üzrə icraatda tələbkar olan Tələbkar tələbdən imtinası qəbul edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformadsiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-45/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-45/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver