Məhkəmə qərarları › İş №8(051)-484/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-484/2025

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-484/2025 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, X2, Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakları ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarından X1 şikayətinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, icra məmuru Orxan Babayev tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qəra r qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 467/2025 saylı icra sənədi ilə əlaqədar İcra məmuru Orxan Babayevin icraata xitam verilmə qərarını xx.xx.2025-ci il tarixdə məktubun əsasına imza etməklə əldə etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-467/2025 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X5 2/4 hissə, Borclu 1/4 hissə, X8 1/4 hissə payına mütənasib olaraq Məhkəmə Ekspert Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Qətnamədə göstərilən əsaslarla naturada bölgü aparılması göstərilsə də faktiki olaraq bölgü səhv aparılmışdır. Bununla bağlı icra məmuruna öz iradını bildirdikdə artıq işi xitam etməsini bildirdi. Bu səbəbdən də qərardan şikayət vermək məcburiyyətində qalmışdır. O, iş üzrə araşdırma aparaq Məhkəmə Ekspert Xidmətləri MMC-nin eksperti Xəyyam İsgəndərovla əlaqə saxladıqda ona bölgünün aparılmasında səhvə yol verilməsi və bölgünün ekspertiza rəyində göstərilmiş sxemə uyğun olmamasını bildirdi. Yenidən icra tədbirinin aparılmasında isə birbaşa özünün iştirakının olmasını və dəqiq kordinatlar görtərilməklə xüsusi biliyə malik olan ekspertin iştirakının təmin olunmasını xahiş etdi. Bu səbəbdən də mənim hüquqlarının faktiki olaraq çox pozulması qənaətindədir. Odur ki, sözü gedən icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. X2 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı əsaslıdır və ləğv edilməsi üçün heç bir əsas mövcud deyil. Belə ki, icra vərəqəsinin icrası ilə bağlı akt tərtib edilmiş və akta Nigar Qasımova imza etmişdir. Bu o deməkdir ki, icranın nəticələri ilə razıdır. Ona görə də Nigar Qasımova tərəfindən verilən şikayət əsassız olduğundan təmin edilməməlidir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, hazırda naturada bölgü zamanı ekspert rəyinə əsasən verilən plan-sxemə uyğun ölçülər aparılmadığını təxmini müəyyən etmişdir. Lakin o, mütəxəssis olmadığı üçün bu nöqsanı tam olaraq müəyyən edə bilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 467/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi, yaşayış evi) X5 2/4 (1/2) hissə, Borclu ¼ hissə, X8 1/4 hissə payına mütənasib olaraq Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi” barədə qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam icra olunduğundan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-467/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07- 79/25 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda olan, ümumi sahəsi 0,3803 ha torpaq sahəsindən Borclu payına düşən ¼, X8 payına düşən ¼ və X6 payına düşən 2/4 hissəyə uyğun naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İşdə olan Aktdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-467/2025 saylı icra vərəqəsinin icrası ilə bağlı ünvan 2 ünvanda Mərkəzi Ekspertiza Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 saylı ekspert rəyindəki plan-sxem olmaqla naturada hər iki mütəxəssis tərəfindən bölüşdürüldü. X3, Borclu və X11 və qeyriləri öz imzaları ilə təsdiq etmişlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 2 sentyabr tarixli Qərarına əsasən “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, aazırki vəziyyətdə icra sənədində qeyd olunan tələbin tam icra edilməsinə və bu barədə tərtib edilmiş aktın doğruluğu tərəflərin öz imzaları ilə təsdiq edilməsinə baxmayaraq, şikayətçi X9 ekspert tərəfindən qətnamə ilə müəyyən edilmiş xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli ekspert rəyinə əsasən verilən plan-sxemə uyğun ölçü işləri aparılmadığından narazı qalmışdır. Halbuki, qanunun tələbindən də göründüyü kimi icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir (AR İH Q maddə 20.1.5). Hazırkı halda isə tərəf icranın nəticəsindən narazıdır və belə olan halda icra sənədində qeyd olunan tələb tam icra olunmuş sayıla bilməz. Odur ki, Məhkəmə hesab edir ki, X1 ərizəsi təmin edilməli, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-467/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 ərizəsi təmin edilsin. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-467/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-467/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi, yaşayış evi) X5 2/4 (1/2) hissə, Borclu ¼ hissə, X8 1/4 hissə payına mütənasib olaraq Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07- 79/25 nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi hissəsində icraat təzələnsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar