Məhkəmə qərarları › İş №8(051)-498/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-498/2025

17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-498/2025 17.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, X1 Mingəçevir şəhər məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(051)-1947/2025 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hazırda borclu X5 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(051)-1947/2025 saylı qətnaməsinin hər ay hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Tələbkar ASC-yə Mingəçevir şəhər Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(051)-1947/2025 saylı qətnaməsinə əsasən 4720.97 (dörd min yeddi yüz iyirmi manat doxsan yeddi qəpik) manat əsas borc, 433.53 ( dörd yüz otuz üç manat əlli üç qəpik) manat faiz borcu olmaqla cəmi 5154,50 ( beş min yüz əlli dörd manat əlli dörd qəpik) manat kredit və dövlət rüsumu kimi ödənilmiş 71.54 ( yetmiş bir manat əlli dörd qəpik) manat pulun alınıb verilməsi qət edilmişdir. O, qətnamənin surətini xx.xx.2025-ci il tarixdə almışdır. O hərbçidir, ailəsi ilə birlikdə kirayədə yaşayır. Ahıl yaşlı valideynləri onun himayəsindədir, ailənin tək oğul övladı olaraq bütün ailənin ehtiyaclarını ödəmək məcburiyyətindədir və bu səbəbdən kredit götürmüşdür. Bütün bunlara baxmayaraq borcu ödəməkdən imtina etmir. Lakin ailə vəziyyəti ilə bağlı, himayəsində iki azyaşlı qız övladı və valideynlərinin olmasını, ailədə tək işləyənin o olmasını nəzərə alaraq hər ay aylıq əmək haqqından 200 manat məbləğində pulun ödənilməsinə etirazı yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. Odur ki qeyd olunanları nəzərə alıb ərizənin təmin edilməsini xahiş etmişdir. Borcluya, tələbkara və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişlər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(051)- 1947/2025 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehdən 4720.97 (dörd min yeddi yüz iyirmi manat doxsan yeddi qəpik) manat əsas borc, 433.53 ( dörd yüz otuz üç manat əlli üç qəpik) manat faiz borcu olmaqla cəmi 5154,50 ( beş min yüz əlli dörd manat əlli dörd qəpik) manat kredit və dövlət rüsumu kimi ödənilmiş 71.54 (yetmiş bir manat əlli dörd qəpik) manat pulun alınıb Tələbkar ASC-yə verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 ataları X4r. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir şəhər Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(051)-1947/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş 4720.97 (dörd min yeddi yüz iyirmi manat doxsan yeddi qəpik) manat əsas borc, 433.53 ( dörd yüz otuz üç manat əlli üç qəpik) manat faiz borcu olmaqla cəmi 5154,50 ( beş min yüz əlli dörd manat əlli dörd qəpik) manat kredit və dövlət rüsumu kimi ödənilmiş 71.54 ( yetmiş bir manat əlli dörd qəpik) manat pulun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılıq ərizəsi olmadığından ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir şəhər Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(051)-1947/2025 saylı qətnaməsinin hissə-hissə ödənilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar