Məhkəmə qərarları › İş №8(051)-52/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-52/2024

19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-52/2024 19.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Borclu X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş borclunun məcburi gətirilməsi haqqında təqdimata məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2021/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü Onur ilə hər ayın 1 və 3-cü həftəsinin şənbə günlərində saat 12:00-dan 14:00-dək Mingəçevir şəhərində anası X1 iştirakı ilə görüşməsi müəyyən edilmişdir. İcra sənədini icra edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2021/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il təvəllüdlü Onur ilə hər ayın 1 və 3-cü həftəsinin şənbə günlərində saat 12:00-dan 14:00-dək Mingəçevir şəhərində anası X1 iştirakı ilə görüşməsi müəyyən edilmişdir. Borclu X2 uşağın atası ilə görüşməsi üçün məhkəmə qərarını vaxtı-vaxtında icra etmədiyi halda rəsmi inzibati xəbərdarlıq məktubu ünvanına göndərilmiş, inzibati xəbərdarlığı şəxsən qəbul etməsinə baxmayaraq, tələbi icra etməmiş, heç bir üzrlü səbəb olmadan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, icra şöbəsi borclunun Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı təqdimatın məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etsə də, lakin nə öz təqdimatında borclunun üzrsüz səbəbdən icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən yayınması ilə bağlı hər hansı səbəb qeyd etməmiş, nə də təqdimata həmin halı təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, təqdimatda borcluya ünvanlanmış xəbərdarlıq məktubları əlavə edilmişdir ki, həmin məktubda da ondan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbin təmin edilməsi tələb edilmiş, əks halda məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin həmin xəbərdarlıq məktublarının borcluya göndərilməsini təsdiq edən nə reyestr, nə də “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə təqdimata əlavə edilməmişdir. Halbuki, İcra haqqında Qanunun 44.1-ci maddəsində bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqi üçün konkret əsaslar kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Göründüyü kimi qanunverici istinad olunan normalarda məcburi icra tədbirlərinin hər birinin tətbiq edilməsini, həmin hal üçün müəyyən edilmiş konkret əsasların məcmu halında mövcud olması ilə şərtləndirmiş, həmçinin məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqinin digərlərinin tətbiqini istisna etmədiyini də müəyyən etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hazırki vəziyyətdə isə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən və iş materiallarına əlavə edilmiş sənədlərdə belə bir halın olması görünmədiyindən, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2021/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar