Məhkəmə qərarları › İş №8(051)-55/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-55/2022

20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-55/2022 20.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Borclu Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(051)–1008/2021 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə–hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu cavabdeh Tələbkar qarşı pul tələbinə dair ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizədə borclunun olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), həmçinin tələbkarla bağlı olan məlumatlarqeyd edilməmişdir. MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə hesab edir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı verilən ərizənin forma və quruluşu məsələsini tənzimləyən konkret hüquq norması olmadığı ücün Azərbayçan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən analoji münasibətləri tənzimləyən Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi prosessual qanunvericilik qeyd olunan maddələrdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmiş, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi, həmçinin iddia ərizəsinə əlavə edilməli olan sənədləri iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Ancaq həmin məcəllədə konkret olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə ərizələrin forma və məzmununa dair bu cür konkret tələblər nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı verilən ərizənin forma və quruluşu məsələsini tənzimləyən konkret hüquq norması olmadığı ücün Azərbayçan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən analoji münasibətləri tənzimləyən Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsi tətbiq edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı verilən ərizənin forma və quruluşu ilə bağlı məsələyə MPM-in 152.1.1-ci maddəsi tətbiq edilmə qanunauyğundur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Borclu cavabdeh Tələbkar qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar