Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-55/2024 08.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə X2 məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Şəhər məhkəməsinə ərizə ilə müraciət edərək, Mingəçevir şəhər məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(051)-204/23 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb ona ödənilməli olan 4000 (dörd min) manat məbləğində pulun 2018-ci ildən 2023-cü ilin dekabr ayına indeksasiya edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(051)-204/23 saylı qətnaməsi ilə cavabdeh Borclu 4400 manat pul tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırki müddətə qədər borclu şəxs ancaq 400 manat ödəmiş, 4000 manata aid hissədə qətnamə icra olunmamışdır. Ancaq o həmin vəsaiti 2018-ci ildə verdiyindən 5 ildən artıq müddət keçmiş və yaranmış borc pul məbləği öz dəyərini dəfələrlə itirmişdir. Odur ki, məhkəmədən Mingəçevir şəhər məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(051)-204/23 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb ona ödənilməli olan 4000 (dörd min) manat məbləğində pulun 2018-ci ildən 2023-cü ilin dekabr ayına indeksasiya edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Borclu əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, imkanı yoxdur. Borcunu ödəyə bilmir. İndeksasiya ilə razı deyil. Məhkəmədən tələbin rədd edilməsini xahiş edir. Ərizəçi tərəfə və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və icra orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərələrin izahatlarını, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş və cavabdeh Borclu 4400 manat pul tutularaq X5 verilməsi qət edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclu ödənilməli olan pul vəsaitini əsassız saxladığına görə tələbkar həmin pul məbləğinin müvafiq indeksasiyasının qətnamə çıxarıldığı vaxtdan əvvəlki müddətlər ərzində, yəni 2018-ci ildən 2023-cü ilin dekabr ayına indeksasiya edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM–nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunun mənasından da görünür ki, işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı olan pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yəni qanun, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin indeksasiyasını həyata keçirməsini nəzərdə tutur. Lakin ərizəçinin tələbində isə qətnamə çıxarılanadək olan müddətdə də pul məbləğinin indeksasiyasını tələb edir. Azərbaycan Respublikası MPM–nin 232-ci maddəsi isə bu tələbi tənzimləmir və nəzərdə tutmur. Borclunun 2018-ci ildən 2023-cü ilin dekabr ayına olan borcu məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir. Borclunun borcu Minqgəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda və bu tələb üzrə pul məbləğinin indeksləşdirilməsi qeyri mümkündür. Odur ki, məhkəmə hesab edir ki, X3 Mingəçevir şəhər məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(051)-204/23 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb ona ödənilməli olan 4000 (dörd min) manat məbləğində pulun 2018-ci ildən 2023-cü ilin dekabr ayına indeksasiya edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edlməməlidir. Azərbaycan Respublikası MPM–nin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 231, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Mingəçevir şəhər məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(051)-204/23 saylı qətnaməsi ilə cavabdeh Borclu alınıb ona ödənilməli olan 4000 (dörd min) manat məbləğində pulun 2018-ci ildən 2023-cü ilin dekabr ayına indeksasiya edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-55/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-55/2024
08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver