Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-56/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra işi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədi üzrə Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi üçün bildiriş verilmiş, icra sənədinin icrasının məcburiliyi diqqətinə çatdırılmış, qanunla müəyyən edilmiş vaxt ərzində borcun ödənilməməsinə görə barəsində məcburi icra və məsuliyyət tənbeh tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu ödənilməyən aliment borcu mart ayı daxil olmaqla 2024-cü il tarixə 3860 manat təşkil edir. Borclunun gələcəkdə dövlət sərhəddini keçib ölkəyə qayıtmamaqla, məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədən ölkə hüdudlarını tərk etmək ehtimalının olmasını nəzərə alaraq icra işi üzrə yaranmış borc tam şəkildə ödənilib qurtaranadək iş üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya, həmçinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2023cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş İlqar və xx.xx.2014-cü il tarixdə doğulmuş Nihat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhəri Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış 502 nömrəli mənzilli yaşayış qəsəbəsi H.Əliyev küçəsi, ev 8, mənzil 38 ünvanında yaşamış Borclu barəsində axtarış elan edilmişdir. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-146/2023 saylı qərardadından görünür ki, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-910/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, hazırda Borclu mülkiyyətində MERCEDES BENZ C280 minik markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vardır. Həmçinin Borclu operator, kran/traktor vəzifəsi üzrə əmək haqqının məbləği 300 manat təşkil edir. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunubolunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün tədbirlər həyata keçirilməmiş, Borclu yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanılmamışdır. Halbuki, məhkəmə tərəfindən borclunun adına nəqliyyat vasitəsinin olması və operator, kran/traktor vəzifəsi üzrə əmək haqqının məbləği 300 manat məbləğində əmək haqqı alması müəyyən edilmişdir. Belə olan halda hazırki təqdimatın təmin edilməsi əsaslı sayıla bilməz və təqdimat rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-56/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-56/2024
01.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver