Məhkəmə qərarları › İş №8(051)-63/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-63/2024

08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-63/2024 08.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Tələbkar X1 iştirakı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-342/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-342/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 13135 (on üç min bir yüz otuz beş) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(051)-342/2024 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin ayda 20 manat olmaqla hissə-hissə ödənilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-342/2024 saylı qətnaməsinə əsasən ondan 13135 (on üç min bir yüz otuz beş) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Lakin ailə vəziyyəti çətin olduğu üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində göstərilən məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021– ci il tarixli 1(051)–63/2021 saylı hökmünə əsasən 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə azad olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Atası da İİ rup əlildir. Bundan başqa adına qiymətli əşya, avtomobil və sair əmlak olmadığından qətnamədə göstərilən məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Borcu hissə-hissə, yəni ayda 20 manat olmaqla ödəyə bilər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, X4 borclu olduğu məbləği hissə-hissə ödəməsinə razı deyildir. Borclunun təklif etdiyi məbləğ işin həqiqi hallarına uyğun deyildir. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, 13135 manat məbləğində pulun hər ay 20 manat məbləğində hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-342/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar