Məhkəmə qərarları › İş №8(051)-66/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-66/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-66/2025 07.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, X1 Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-83/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Hazırda ərizəçi X3 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-83/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə məhkəməyə təqdim olunarkən müvafiq tələblərə əməl olunmamışdır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ərizəni araşdırarkən və elektron məhkəmə informasiya portalına edilmiş sorğu əsasında müəyyən olunmuşdur ki, X1 rəsmi qeydə alındığı ünvan Ağdam rayonu Qiyaslı kəndi, maraqlı şəxs Borclu da rəsmi qeydə alındığı ünvan Ağdam rayonu Qiyaslı kəndidir. Beləliklə, iş materiallarından görünür ki, ərizə nə ərizəçinin, nə də maraqlı şəxsin rəsmi qeydə alındığı ərazi üzrə məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində göstərilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-83/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar