Məhkəmə qərarları › İş №8(051)-70/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-70/2023

11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-70/2023 11.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Maraqlı şəxs icra məmuru X14, X2, X1 iştirakları ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-400/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-400/2023 saylı icra sənədinin xx.xx.2023-cu il tarixə təyin edilmiş icra işinin həyata keçirilməsinə dair ona və uşaqlarına 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-400/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X6 3 uşağı 2005 təvəllüdlü Əfsanə Məmmədova, 2008 təvəllüdlü Məmmədova Aysu, 2014-cü il təvəllüdlü Adəm Məmmədovla birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Mənzildən çıxarılma barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə həmin qətnamə qüvvədə qalmış və icraya yönəlmişdir. İcra işi xx.xx.2023-cü il tarixdə həyata keçirilməsi barədə ona xx.xx.2023-cü il tarixdə bildiriş məktubu göndərilmiş və o həmin məktubu aldıqdan sonra icra işinə möhlət verilinəsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, həmin mənzil qaynanası Mahirə Ağayevaya məxsus olmasına baxmayaraq 2004-cü ildə onun oğlu Səxavət Məmmədovla ailə qurub 2009-cu ildən həmin mənzildə yaşamışdır. Birgə nikahdan 3 uşaqları olmuş və uşaqları ilə birgə iddiaçının razılığı ilə həmin mənzildə qeydiyyata alınmışdır. Hal-hazıra kimi həmin mənzildə ailə üzvləri kimi yaşamağa davam edirlər. 2018-ci ildə onların arasında olan nikah pozulmuşdur. İddiaçının onun uşaqlarla birlikdə mənzildən çıxarılma barədə tələbi təmin edilmişdir. O həmin icra işini könüllü icra etmək niyyətindədir. Lakin onun və uşaqlarının heç bir yerdə mənzili və qeydiyyatı yoxdur. Bundan başqa uşaqlarından Məmmədova Əfsanə və Məmmədova Aysu xəstədirlər onların müalicəyə ehtiyacı vardır. Odur ki, məhkəmədən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-400/2023 saylı icra sənədinin xx.xx.2023-cu il tarixə təyin edilmiş icra işinin həyata keçirilməsinə dair ona və uşaqlarına 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. X5 ərizəyə etiraz edərək bildirdi ki, özünün yaşamağa yeri yoxdur. Məcbur qalıb müvəqqəti qohumlarının evində qalır. Dörd ildir evindən çıxmırlar. Ərizənin təmin edilməsinə yəni borcluya möhlət verilməsinə heç bir halda razı deyil. Maraqlı şəxs icra məmuru X4 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 400/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-312/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia ərizəsinin təmin edilməsi, X8, xx.xx.2005-ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 1 saylı mənzilə 3 il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülmələri, X10, X7 qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-1597/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X17 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(051)-312/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, X6 xx.xx.2005-ci il təvəllüdlü Əfsanə, xx.xx.2008- ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 2 ünvanına köçürülməsi tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, X10 mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə X6 istifadə hüququnun olmaması müəyyən edilməsi qət edilmişdir. İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-400/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh X6 28 avqust 2005-ci il təvəllüdlü X9, 18 fevral 2008-ci il təvəllüdlü X11 və 26 sentyabr 2014-cü il təvəllüdlü X12 adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-400/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdeh X6 28 avqust 2005-ci il təvəllüdlü X9, 18 fevral 2008-ci il təvəllüdlü X11 və 26 sentyabr 2014-cü il təvəllüdlü X12 adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılmalarına möhlət verilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyindən və tələbkarın qətnamənin icrasına möhlət verilməsinə dair razılıq ərizəsi olmadığından ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-400/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar