Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-71/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Borclu: X3 iştirakı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(051)-730/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(051)-730/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 3463.06 (üç min dörd yüz altmış üç manat altı qəpik) manat əsas, 539.54 (beş yüz otuz doqquz manat əlli dörd qəpik) manat faiz olmaqla, cəmi 4002.6 (dörd min iki manat, altmış qəpik) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi, cavabdeh X2 ödənilmiş dövlət rüsumunun əvəzi olan 60.43 (altmış manat, qırx üç qəpik) manat məbləğində pul alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda borclu X5 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmənin 28 aprel 2022-ci il tarixli 2(051)-730/2022 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin hissə-hissə, yəni hər ay 50 manat məbləğində ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu X5 ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, qətnamə üzrə borcunu ödəməkdən boyun qaçırmır. Lakin onun maddi vəziyyəti olduqca ağırdır. Belə ki, uzun müddət işsiz qalmış, hazırda isə yeni işə qəbul edilmişdir. İcra məmuru isə onun əmək haqqına 50 faiz tutma yönəltmişdir. Hazırda o, qalan əmək haqqı ilə ailəsini saxlaya bilmir. Ona görə də kommunal xidmətlərə olan borcu artmışdır. O səbəbdən də onun mənzilinə qaz və işıq verilməsi dayandırılmışdır. Bu isə onun ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda o, qətnamə üzrə borcundan hər ay 50 manat ödəmək imkanına malikdir. Hesab edir ki, onun təlklif etdiyi məbləğ işin həqiqi hallarına uyğundur. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar "xxxx" ASC-yə və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə Exspressbank» ASC-nin və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Əksinə, borclunun özü işə düzəlməsini və əmək haqqından tutulmalar aparıldığını etiraf etmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, 4002,6 manat məbləğində pulun və 60.43 manat dövlət rüsumunun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(051)-730/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-71/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-71/2023
04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver