Məhkəmə qərarları › İş №8(051)-71/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-71/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-71/2024 15.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan MERCEDES BENZ C280 minik markalı, **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədi üzrə Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatı əsasında Borclu adına MERCEDES BENZ C280 minik markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomobil aşkar olunmuşdur. Odur ki, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan MERCEDES BENZ C280 minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya, həmçinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş İlqar və xx.xx.2014-cü il tarixdə doğulmuş Nihat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, MERCEDES BENZ C280 minik markalı avtomobil Borclu mülkiyyətindədir. İşə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, MERCEDES BENZ C280 minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus MERCEDES BENZ C280 minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan, həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus, istehsal ili 1995-ci il olan, MERCEDES BENZ C280 minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar