Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-71/2025 26.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına baxaraq MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1290/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 330 manat pul alınıb Tələbkar xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Borclu icra tələbini icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də Borclu Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 öz izahatında Borclu icra sənədinin könülllü icrası üçün bildiriş göndərildiyini, İcra və Probasiya şöbəsinə dəvət olunduğunu, lakin borclunun gəlməkdən boyun qaçırdığını və icra sənədinin icrasından yayındığını bildirərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu öz izahatında Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə çağırışdan yayınmadığını, lakin üzrlü səbəbləri olduğu üçün gedə bilmədiyini, işsiz olduğunu və maddi imkanının zəif olduğunu, icra sənədinin icrasından boyun qaçırmadığını bildirərək məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş sənədlər: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1290/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 330 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1290/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2024-cü tarixli, e329852/2024-3-10-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya icra sənədi müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, e329852/2024-3-10-002 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Borclu “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində tutulmuş 10 gün müddətə icra sənədində olan tələbi könüllü olaraq icra etməmişdir. xx.xx.2024-cü il tarixli borclu Məmmədova X3 şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Tətbiq edilən hüquq “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 84.2. icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmənin mövqeyi: Borclu məhkəmə iclasında iştirak etmiş, eləcə də icra məmurunun çağırışlarından boyun qaçırmadığını bildirərək Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1290/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra edəcəyini bildirmişdir. Belə olan halda borclunun məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 44.2ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Borclu məcburi gətirilməsi haqqında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №8(051)-71/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-71/2025
26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver