Məhkəmə qərarları › İş №8(051)-72/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-72/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-72/2023 20.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X11, Borclu etibarnamə üzrə nümayəndəsi X9 Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında təqdimatına baxaraq məhkəmə Müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarxli 8(051)-157/2022 saylı qərardadı üzrə Mingəçevir şəhər ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-943/21 saylı, 09 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən X4 1000 manat pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar X12 verilməlidir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X6 məxsus Mingəçevir şəhər ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində Mingəçevir şəhər məhkəməsinin 8(051)-157/ 2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Qeyd edir ki, sözügedən torpaq sahəsini o X2 almış və aralarında AN-İ № ******* saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda isə ona məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Halbuki, həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən o almışdır. Hesab edir ki, Mingəçevir şəhər ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Ona görə də məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarxli 8(051)-157/2022 saylı qərardadı üzrə Mingəçevir şəhər ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X15 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsi sistemdə borclunun adına göründüyündən həbs qoymuşdur. Sonradan həmin torpaq sahəsinin Borclu satıldığı məlum olmuşdur. Qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi ½ hissə X10, ½ hissə X3 paylı mülkiyyətindədir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-157/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadından görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-943/21 saylı, 09 iyun 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu X5 mülkiyyətində olan Mingəçevir şəhər ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərinə həbs qoyulması qərara alınmışdır. İşə əlavə olunmuş AZ-İ seriyalı, ******* №-li, 16 aprel 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 və X1 şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,0324 ha olan torpaq sahəsini Borclu satmışlar. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbavcan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həvata keçirməvin hiiquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə iş materiallarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı və Borclu məxsus olan Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. İş materiallarından da görünür ki, qeyd olunan torpaq sahəsi borcluya deyil icra sənədinə aidiyyəti olmayan Borclu məxsusdur. Bu səbəbdən də Borclu məxsus olan Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci, Ailə Məcələsinin 113-cü və İcra haqqında qanunun 20-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(051)-157/2022 saylı qərardadı ləğv edilsin. Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar