Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-72/2025 27.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Borclu iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı icra işi üzrə Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051)-332/2023 saylı icra vərəqəsinə əsasən Borclu 12361.36 manat kredit borcunun alınıb Tələbkar ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Borcluya icra sənədi üzrə tələbin icrası üçün bildiriş təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə izahatı alınmışdır. Ona borcunun ödənilməsinə görə barəsində məcburi icra və məsuliyyət tənbeh tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borcluya məxsus əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu öz izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı icra sənədinə əsasən Tələbkar ASC-nin xeyrinə ondan 12361.36 mana tutulmalıdır. İcra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmadığını, mülkiyyətində heç bir daşınar və daşınmaz əmlakın olmamasını, həmin məbləği tam şəkildə qaytara bilməyəcəyini qeyd edərək, məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verənə məlumat verilmiş, lakin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, işə təqdimat verənin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş materialı nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş sənədlər: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, 600804-30838/4 saylı kredit müqaviləsi üzrə 10347.34 manat əsas borc, 1886.92 manat faiz borcu olmaqla cəmi 12234.26 manat borc və 127.10 manat məbləğində dövlət rüsumunun iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı qətnaməsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcluya icra sənədi könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən tələbin könüllü icrası barəsində Borclu bildiriş göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, borcluya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı icra sənədini 10 gün müddətinə könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İcra icraatı üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsi ilə tənzimlənir. “İcra haqqında” Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin maddəyə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin “Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, icra məmuru tərəfindən borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə və borclu tərəfindən şəxsən alınmasına baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmişdir. Həmçinin Borclu izahatı alınmış və borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi ona izah olunmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-332/2023 saylı icra sənədi icra olunanadək, xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №8(051)-72/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-72/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver