Məhkəmə qərarları › İş №8(051)-79/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-79/2024

23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-79/2024 23.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının nümayəndəsi Nümayəndə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxaraq, müəyyənetdi: Tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının nümayəndəsi Nümayəndə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayevin xx.xx.2023-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-974/2022 saylı icra sənədinə xitam verilmişdir. İcra sənədinə əsasən cavabdeh Borclu iddiaçı X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılması təmin olunmalı idi. Borclu bunu təmin etməyə öhdəlik götürsə də, təmsil etdiyi şəxsin həmin evdən hüquqlarını həyata keçirməsinə mane olmaqda davam edir. Odur ki, məhkəmədən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-974/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu icra vərəqəsində göstərilən əşyalar, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Cavabdeh Borclu adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 1 ünvanında mülkiyyətdə olan, 0.0542 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evindən iddiaçı X1 payı ½ (ikidə bir) hissədə müəyyən edilməlidir. Cavabdeh Borclu iddiaçı X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmışdır. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Otağın açarı tələbkara verilmişdir. Ona görə də icra sənədinin icraatına xitam verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə hesab edir ki, tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının nümayəndəsi Nümayəndə şikayəti təmin olunmalı, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(051)-974/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu dəyəri 60 manat olan 1 ədəd iki nəfərlik döşəyin, dəyəri 50 manat olan 2 ədəd tək nəfərlik döşəyin, dəyəri 15 manat olan 1 ədəd uşaq üçün döşəyin, dəyəri 60 manat olan 3 ədəd yorğanın, dəyəri 30 manat olan 1 ədəd ikinəfərlik yorğanın, dəyəri 140 manat olan 1 ədəd çamadanlı yorğanın, dəyəri 30 manat olan 2 ədəd yay yorğanının, dəyəri 20 manat olan 2 ədəd uşaq yorğanının, dəyəri 200 manat olan 1 ədəd bəzəkli pakrıvalın, dəyəri 50 manat olan 2 ədəd puxovi ədyalın, dəyəri 10 manat olan 1 ədəd güllü pakrıvalın, dəyəri 200 manat olan 1 ədəd stol və 6 ədəd stulun, dəyəri 90 manat olan 6 ədəd lepkalı balıncın, dəyəri 40 manat olan 4 ədəd sadə balıncın, dəyəri 20 manat olan 2 ədəd uzunsov balıncın, dəyəri 10 manat olan 2 ədəd uşaq üçün balıncın, dəyəri 5 manat olan 1 ədəd uzun döşəkçənin, dəyəri 6 manat olan 2 ədəd balaca döşəkçənin, dəyəri 30 manat olan 6 ədəd stolüstü döşəkçənin, dəyəri 5 manat olan 2 ədəd balaca mütəkkənin, dəyəri 100 manat olan 1 ədəd 5x3 m ölçüdə xalçanın, dəyəri 40 manat olan 1 ədəd 3x2 m ölçüdə xalçanın, dəyəri 50 manat olan 1 ədəd 1.5x 5 m ölçüdə yun palazın, dəyəri 20 manat olan 1 ədəd 2x 4 m iplik palazın, dəyəri 20 manat olan 1 ədəd ət maşının (Gepas), dəyəri 45 manat olan 3 ədəd müxtəlif təyinatlı mikserin, dəyəri 50 manat olan 1 ədəd «Gepas» markalı tozsoranın, dəyəri 300 manat olan 1 ədəd Samsunq markalı soyuducunun, dəyəri 500 manat olan 1 ədəd Samsunq markalı, 140 ekran televizorun, dəyəri 250 manat olan 1 ədəd Samunq markalı paltaryuyanın, dəyəri 40 manat olan 1 ədəd pultlu çılçırağın, dəyəri 3 manat olan 1 ədəd kapron vannanın, dəyəri 5 manat olan 1 ədəd çuğun ləyən, dəyəri 5 manat olan 1 ədəd aşsüzən, dəyəri 5 manat olan 1 ədəd nikerli teştin, dəyəri 1800 manat olan yataq-qonaq mebel dəsti- Servantın, dolab 6 qapılı, termonun, 2 nəfərlik yatağın, yazı stolunun, dəyəri 100 manat olan 1 ədəd divan və 2 ədəd kreslonun, dəyəri 10 manat olan 1 ədəd dəmir yatağın, dəyəri 10 manat olan uşaq üçün plasmas şkafın, dəyəri 20 manat olan dəmir sandığın, dəyəri 20 manat olan divan-kreslo üstünün pakrivalının, dəyəri 30 manat olan 1 pəncərə üçün 3 m pərdənin, dəyəri 30 manat olan 3 pəncərənin pərdə və arqan tülün, dəyəri 20 manat olan 5 pəncərənin gün keçirməz, dəyəri 5 manat olan 1 ədəd salat doğrayanın, dəyəri 20 manat olan 2 ədəd tort qabının avadanlığının, dəyəri 10 manat olan ütü stolunun, dəyəri 3 manat olan 1 ədəd narsıxanın, dəyəri 20 manat olan 1 dəst 3 predmetli çuğun qazan dəstinin, dəyəri 30 manat olan 5 predmetli qazan dəstinin, dəyəri 7 manat olan 1 ədəd aliminium qazanın, dəyəri 25 manat olan “Tefal” 4 predmetli qazan dəstinin, dəyəri 10 manat olan 1 ədəd çamadanın, dəyəri 50 manat olan 12 nəfərlik yemək servisin, dəyəri 40 manat olan 12 nəfərlik çay servisinin, dəyəri 30 manat olan 6 nəfərlik madonna şəkilli kofe dəstinin, dəyəri 75 manat olan 3 ədəd ikinəfərlik pastel dəstinin, dəyəri 45 manat olan 3 ədəd təknəfərlik pastelin, dəyəri 60 manat olan 4 ədəd ağ klyonkanın, dəyəri 20 manat olan 2 qutu 6 ədəd çay dəsmalının, dəyəri 120 manat olan 12 ədəd süfrənin, dəyəri 60 manat olan 12 ədəd əl-üz dəsmalının, dəyəri 30 manat olan 15 ədəd işlənmiş çay dəsmalının, dəyəri 10 manat olan 2 ədəd təzə balınc üzünün, dəyəri 10 manat olan 2 ədəd yay üçün pakrivalın, dəyəri 4 manat olan 1 ədəd paltaryuyan üzünün, dəyəri 18 manat olan 12 ədəd yekə bıçağın, dəyəri 20 manat olan 1 çamadanlı 6 nəfərlik çəngəl-bıçaq dəstinin, dəyəri 24 manat olan 48 predmet servis boşqabın, dəyəri 12 manat olan 6 ədəd souz boşqabın, dəyəri 12 manat olan 12 ədəd duz qabının, dəyəri 15 manat olan 6 ədəd bakalın, dəyəri 15 manat olan 2 ədəd xrustal ayaqlı mürəbbə qabının, dəyəri 10 manat olan 12 ədəd nəlbəkinin, dəyəri 10 manat olan 1 ədəd qırmızı güldanın, dəyəri 20 manat olan 1 ədəd aura tavanın, dəyəri 10 manat olan 1 dəst 6 nəfərlik çaşqa, nəlbəki, dəyəri 18 manat olan 3 dəst nikerli podnosun, dəyəri 10 manat olan 6 ədəd xrustal rumkanın, dəyəri 15 manat olan 6 ədəd lepkalı bakalın, dəyəri 15 manat olan 1 ədəd qrafın və 6 ədəd balası, dəyəri 8 manat olan 6 ədəd araq rumkasının, dəyəri 10 manat olan 24 ədəd balaca bıçağın, dəyəri 3 manat olan 1 ədəd abugərdən, dəyəri 12 manat olan 6 ədəd kəfkir, dəyəri 8 manat olan 4 ədəd qozqıran, dəyəri 1 manat olan 1 ədəd taxta çömçə, dəyəri 8 manat olan 4 ədəd qayçı, dəyəri 6 manat olan 12 ədəd çay qaşığı, dəyəri 5 manat olan 1 ədəd dəmir çayniyin, dəyəri 12 manat olan 12 ədəd balaca kasa, dəyəri 12 manat olan 6 ədəd çaşqa və nəlbəki (lepkalı), dəyəri 10 manat olan 6 ədəd lepkalı nəlbəki (armudu), dəyəri 15 manat olan 1 ədəd sokçəkən, dəyəri 2 manat olan 2 ədəd alma formalı kapron qabın, dəyəri 5 manat olan 5 ədəd böyük kasa, dəyəri 5 manat olan 2 ədəd saxsı qənddan (ayaqlı), dəyəri 4 manat olan 2 ədəd taxta, dəyəri 5 manat olan 1 ədəd bulud, dəyəri 1 manat olan 1 ədəd sarımsaqəzən, dəyəri 1 manat olan 1 ədəd kartofəzən, dəyəri 1 manat olan 1 ədəd oxlov, dəyəri 2 manat olan 2 ədəd troyka, dəyəri 1 manat olan 1 ədəd qatıqaçan, dəyəri 6 manat olan 6 ədəd yekə kasa, dəyəri 6 manat olan 2 ədəd saxsı meyvə qabı, dəyəri 6 manat olan 12 ədəd salat boşqabı, dəyəri 12 manat olan 12 ədəd armudu stəkan, dəyəri 6 manat olan 6 ədəd lepkalı kasa , dəyəri 12 manat olan 6 ədəd armudu nəlbəki (lepkalı), dəyəri 20 manat olan 6 ədəd xrustal stəkan, dəyəri 12 manat olan 24 ədəd güllü boşqabının, dəyəri 6 manat olan 6 ədəd lepkalı boşqab, dəyəri 7 manat olan 1 ədəd blendrin, dəyəri 2 manat olan 1 ədəd pol ağacının, dəyəri 15 manat olan 3 ədəd vedrə (çuğun, kapron, dəmir), dəyəri 20 manat olan 2 ədəd lepkalı meyvə qabı, dəyəri 5 manat olan 2 ədəd ləpə qabı, dəyəri 10 manat olan 1 ədəd sadə qrafın və 6 balası, dəyəri 6 manat olan 1 dəst 6 ədəd çaşqa, dəyəri 8 manat olan 5 ədəd armudu xrustal stəkan, dəyəri 12 manat olan 6 ədəd mürəbbə qabı, dəyəri 6 manat olan 2 ədəd balaca meyvə qabı, dəyəri 20 manat olan 2 ədəd böyük meyvə qabı, dəyəri 10 manat olan 1 ədəd gül qabı (yekə), dəyəri 24 manat olan 2 ədəd kompot qabı (yanı güllü), dəyəri 6 manat olan 2 ədəd düz boşqab, dəyəri 6 manat olan 2 ədəd souz yekə boşqab, dəyəri 12 manat olan 6 ədəd balaca souz boşqab, dəyəri 8 manat olan 8 ədəd düz boşqab, dəyəri 5 manat olan 2 ədəd uzun bulud, dəyəri 5 manat olan 1 ədəd souz qazan, dəyəri 3 manat olan 3 ədəd kapron çömçə, dəyəri 30 manat olan 6 nəfərlik zərri çay və kofe - 2 dəst, dəyəri 6 manat olan 12 ədəd çaşqa, dəyəri 5 manat olan 1 dəst kofeini çaşqa, dəyəri 3 manat olan 6 ədəd sadə çaşqa, dəyəri 6 manat olan 6 ədəd qənddan, dəyəri 12 manat olan 12 ədəd armudu nəlbəki, dəyəri 3 manat olan 6 ədəd rozetka , dəyəri 9 manat olan 18 ədəd armudu stəkan, dəyəri 2 manat olan 2 ədəd kapron qənddan, dəyəri 4 manat olan 2 ədəd balaca dəmir podnos, dəyəri 5 manat olan 2 ədəd xrustal qənddan, dəyəri 20 manat olan 2 ədəd xrustal düz vaz , dəyəri 40 manat olan 4 ədəd xrustal konfet qabı, dəyəri 10 manat olan 2 ədəd çaynik (güllü), dəyəri 10 manat olan 12 ədəd ədəva qabları, dəyəri 5 manat olan 1 ədəd un qabı, dəyəri 3 manat olan əllək, dəyəri 5 manat olan 8 ədəd kapron ləyənlər, dəyəri 10 manat olan 2 ədəd şüşə pişinti qabı, dəyəri 10 manat olan 1 ədəd stol, dəyəri 10 manat olan 1 ədəd Lampa, dəyəri 10 manat olan 2 ədəd şamdan, dəyəri 5 manat olan 1 ədəd güzgü, dəyəri 12 manat olan 12 ədəd zərli bakal (sok üçün), dəyəri 10 manat olan 2 ədəd xrustal kül qabı, dəyəri 10 manat olan 2 lepkalı konfet qabından ibarət cehiz əşyalarının naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı X2 verilməsi, cavabdeh Borclu adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 1 ünvanında mülkiyyətdə olan, 0.0542 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evindən iddiaçı X1 payı ½ (ikidə bir) hissədə müəyyən edilməsi, cavabdeh Borclu iddiaçı X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılması qət edilmişdir. Şikayətə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin edildiyindən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-974/2022 saylı icra sənədinə xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şikayətə əlavə edilmiş sənədlərdən də göründüyü kimi icra orqanı tərəfindən icra sənədində qeyd olunan tələbin borclu tərəfindən tam şəkildə təmin edilməsi müəyyən edildiyindən, xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixli 2(051)- 974/2022 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırki vəziyyətdə isə borclu tərəfindən tələbkarın fərdi yaşayış evi üzərində hüquqlarını həyata keçirməsinə maneə yaradıldığından və onun hazırda həmin fərdi yaşayış evində yaşadığı müəyyən edilmədiyindən və iş materiallarına əlavə edilmiş sənədlərdə belə bir halın olması görünmədiyindən, həmçinin borclu tərəfindən tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik davam etdiyindən, şikayət təmin edilməli, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Həmçinin tələbkara icra sənədi üzrə icraatın təzələnməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icraat, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının hüquqlarını həyata keçirməsinə Borclu yaratdığı maneənin aradan qaldırılması hissəsində təzələnsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar