Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-84/2022 23.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına yazılı icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən tələbin yönəldilə bilməsi üçün Borclu məxsus VAZ 2108 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Bələdiyyəsinin QƏRAR06/3 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 507.14 manat və Mingəçevir Bələdiyyəsinin QƏRAR02/3 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 217.92 manat Mingəçevir Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ 2108 markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Odur ki, məhkəmədən tələbin yönəldilə bilməsi üçün Borclu məxsus VAZ 2108 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Bələdiyyəsinin QƏRAR06/3 saylı, xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Borclu 507.14 manat vergi borcu alınıb Mingəçevir Bələdiyyəsinin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş Mingəçevir Bələdiyyəsinin QƏRAR02/3 saylı, 30 yanvar 2019-cu il tarixli icra qeydindən görünür ki, Borclu 217.92 manat vergi borcu alınıb Mingəçevir Bələdiyyəsinin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş portaldan çıxarışdan görünür ki, VAZ 2108 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus VAZ 2108 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan, həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus VAZ 2108 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-84/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-84/2022
23.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver