Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-85/2022 23.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-841/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata yazılı icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 841/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 841/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat aliment alınıb X1 ödənilməsi nəzərdə tutulmuşdur. Borclu aliment bircun ödənilməsi üçün rəsmi inzibati xəbərdarlıq məktubunu qəbul etməsinə baxmayaraq, tələbi icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Halhazırda may ayı daxil olmaqla 2022-ci il tarixədək 1160 maant aliment borcu var. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-841/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-841/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 08 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Borclu tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-841/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəbərdarlıqdan görünür ki, Borclu xəbərdar edilmişdir ki, may ayı daxil olmaqla 2022-ci il tarixə ödənilməli olan lakin ödənilməmiş 1360 manat aliment borcunun 10 gün müddət ərzində tam şəkildə ödəyib ödəniş qəbzlərini Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə təqdim etməsi tələb olunmuşdur. Əks təqdirdə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilib barəsində Azərbaycan Respubıikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə hüquqi qiymət verilməsi üçün təqdim olunacağına dair xəbərdar edilmişdir. Təqdimata əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, xx.xx.2022-ci il tarixli inzibati xəbərdarlıq 27 may 2022-ci il tarixdə Borclu tərəfindən qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun icra sənədinin icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Mustafayev X3 şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM–in 159-160, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-85/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-85/2022
23.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver